Taxt-tac oyunları
From Wikipedia, the free encyclopedia
"Taxt-tac oyunları" (ing. Game of Thrones) — Devid Benioff və D. B. Vayss tərəfindən "HBO" üçün istehsal edilen Amerika istehsalı fentezi və dram janrlı teleserial. Serial Corc R. R. Martin tərəfindən yazılan "Buzla alovun nəğməsi" adlı fantastik roman janrındakı kitablara əsaslanır, onlar içərisində ən birincisi "Taxt-tac oyunları"dır. Serial ilk dəfə 17 aprel 2011-ci ildə ABŞ-da "HBO" teleşəbəkəsində nümayiş olundu və 19 may 2019-cu ildə səkkiz mövsüm ərzində yayımlanan 73 seriyadan sonra başa çatdı.
Taxt-tac Oyunları | |
---|---|
Game of Thrones | |
![]() | |
![]() | |
Janr |
Macəra Dram Fentezi |
Rejissor |
Devid Benioff D.B Uays |
Ssenarist | |
Rollarda |
Piter Dinkleyc Lina Hidi Meyzi Vilyams |
Yaş reytinqi | 18+ |
Şüar | Bütün kişilər ölməlidir |
Bəstəkar | Ramin Cavadi |
İstehsalçı ölkə |
![]() |
İl | 2011 |
Studiya |
![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
Dil | İngiliscə |
Rəng | rəngli |
Mövsüm sayı | 8 |
Seriya sayı | 73 |
Seriya vaxtı | 51-63 dəqiqə |
Davametmə müddəti | 2011–2019 |
Telekanal | HBO |
IMDb | ID0944947 |
Format | dram serialı |
hbo.com/game-of-thrones | |
![]() |
Hadisələri Vesteros və Essos uydurma qitələrində baş verən "Taxt-tac oyunları" böyük ansambl aktyor heyətinə malikdir və serial boyu bir neçə hekayə tağını əhatə edir. Birinci əsas tağ Vesterosun Yeddi Krallığının Dəmir Taxtı barədədir; bu hissədə taxt-taca iddia etmək üçün səy göstərən və ya taxtda oturanların kimliyindən asılı olmayaraq müstəqillik uğrunda mübarizə aparan zadəgan xanədanları arasında siyasi münaqişələrdən bəhs olunur. İkinci böyük tağ Essosa sürgün edilmiş və taxt-tacı geri qaytarmağa planlayan krallığın devrilmiş hakim sülaləsinin sonuncu üzvü barədədir. Üçüncüsü Vesterosun şimal sərhədinin o tərəfindən gələn təhlükələrə qarşı krallığı qoruyan Gecə Gözətçisi hərbi ordeni ehtiva edir.
"Taxt-tac oyunları" HBO-da rekord sayda izləyici topladı və geniş, aktiv və beynəlxalq fanat bazasına malikdir. Bir çox tənqidçilər və nəşrlər serialı bütün zamanların ən böyük televiziya seriallarından biri adlandırmışdılar. Tənqidçilər serialı aktyorluq keyfiyyəti, mürəkkəb personajlar, süjet, miqyas və istehsalat dəyərlərinə görə təriflər yağdırırdılar, buna baxmayaraq, serialda çılpaqlıq və zorakılığın (cinsi zorakılıq da daxil olmaqla) nümayişi mübahisələrə səbəb olmuşdur. Sonuncu mövsümü qısaldılmış sürəkliliyi və yaradıcılıq qərarlarına görə əhəmiyyətli tənqidlərə məruz qaldı və bir çoxları bunu məyusedici sonluq kimi qiymətləndirdi. Serial 59 Praym-taym Emmi mükafatına layiq görülmüşdür, bu dram serialı üçün rekord saydır, həmin mükafatlar sırasında 2015, 2016, 2018 və 2019-cu illərdə qazanılan "Ən yaxşı drama serialı" mükafatı da daxildir. Digər mükafat və nominasiyalar içərisində üç "Ən yaxşı tamaşa" kateqoriyasında Hüqo mükafatı, Pibodi mükafatı və Ən yaxşı drama filminə görə Qızıl Qlobus mükafatına beş dəfə nominasiya görülmüşdür.
Serialın əsas hadisələrindən hardasa 100 il öncə baş verən "Əjdahanın sülaləsi" serialı 2022-ci ildə HBO-da yayımlandı. Hazırda istehsalda olan serialla əlaqəli "Yeddi Krallığın cəngavəri" serialının 2025-ci ildə nümayiş etdirilməsi planlaşdırılır.