Tatarıstan Respublikasının Prezidenti (tatar. Татарстан Республикасы Президенты; rus. Президент Республики Татарстан) — Respublikanın (dövlət və Federasiya subyektinin) başçısı.[1][2]

Cəld faktlar Başçılıq edir, Rəsmi iqamətgahı ...
Tatarıstan Prezidenti
Татарстан Республикасы Рәисе
Thumb
Tatarıstan Prezidentinin ştandartı
Thumb
Vəzifədədir
Rüstəm Minnexanov

25 mart 2010-cu ildən
Başçılıq edir Tatarıstan
Rəsmi iqamətgahı Kazan Kremli
Səlahiyyət müddəti 5 il
Vəzifənin təsis tarixi 1991
Vəzifədə birinci Mintimer Şaymiyev
Rəsmi saytı president.tatarstan.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Vəzifənin adlandırması

2010-cu ildə Rusiya Federasiyasında Prezident adlandırılan subyektlərin başçısılarının adlarının dəyişdirməsi başlayıb. Rəsmən, bunu Çeçenistan başçısı Ramzan Kadırov başlayıb. O, Prezident adını daşımaqdan imtina edən ilk bölgə başçısı idi və başqa Prezident adı daşıyan bölgə başçılarını da eyni şey eləməyə çağırıb. O vaxt Kadırov elan edib ki, Rusiyada ancaq bir dövlət xadimin Prezident adlandırmağa haqqı varbölgə prezidentlərinin rejəsini dayandırmaq lazım. 2010-cu ilin axırında Rusiya Prezidenti, Dmitri Medvedev Dövlət Duması və Federasiya Şurasının tərəfindən qəbul olunan, bölgə başçılarını Prezident adlandırmağa yasaq eləyən qanusunun təsdiqini imzalayıb.[3][4] Eyni zamanda regionlara başçılarının adlarını 2015-ci ilin yanvarın 1-nə dək tarihi ənənələrinə uyğun olan adları ilə əvəzləməyə haqqı verilib. 2013-cü ilin axırında ancaq Tatarıstan və Başqırdıstan başçıları yeni adı qəbul etməyiblər. O vaxt, Tatarıstan Prezidenti Rüstəm Minnexanov elan edib ki, vəzifəsinin adı qanunla verilən vaxta qədər deyişdiriləcək.[5]

2014-cü ilin axırında Tatarıstan başçı vəzifənin adlandırma məsələsini çözməyən Rusiya Federasiyasının yeganə subyekti qalıb (Başqırdıstanda 2015-ci ilin yanvarın 1-dən Prezident adını Başqırdıstan Respublikasının Başçısı adına dəyişməyə qərar qəbul olunub). 2015-ci ildə respublikaların başçılarına Prezident adını 2016-cı ilin yanvarın 1-nə dək daşımağa icazə verən qanun qəbul olunub.[6][7]

2015-ci ilin sentyabrın 18-də, təkrarən seçilmiş Tatarıstan Prezidentinin, Rüstəm Minnexanovun inaqurasiyasında keçmiş Prezident, Mintimer Şaymiyev faktiki olaraq, Respublikanın başçısının mövcud olan adını saxlamağını tərəfləyib:

İnsanların, Prezident özü də, Respupblikamızın ali vəzifəli şəxsinin adı da xoşuna gəlir — Prezident! Bu ad bizi çox birləşdirir. Deyim niyə — çünki bu söz nə tatar, nə də rus dilinə tərcümə olunmur. <...> Bax bundadır güc və avtoritet!

Ondan sonra Tatarıstan Dövlət Şurasının mədəniyyət komitəsinin sədri, Razil Vəleyev və bir sıra başqa ali rəsmilər Prezident adını saxlamağını tərəfləyib.[8][9]

2015-ci ilin dekabrın 17-də Vladimir Putin mətbuat konfransında vəzifənin adlandırmadan olan aldığı sualına belə cavab verib:

Bu doğrudan da Tatarıstanın öz işidir. Məncə, bu o dərcədə hansı sa milli hissləri dəyməyəcək <...> Biz Tatarıstan halqının hər hansı seçimə hörmətlə yanaşacayıq, ona görə, siz orda özünüz qərar verin, yaxşı?

[10]

Rüstəm Minnexanov bunnan əlaqədər şərx verib:

Mən Tatarıstanın seçilmiş Prezidentiyəm, federal qanunverici belə bir imkanı Respublikamıza verib və bu böyük etimaddır. Bundan sonra necə olacaq? Rusiya Prezidenti deyib: «Tatarıstan necə qərar verəcək»

[11]

Rusiya Liberal Demokrat Partiyasının sədri, Vladimir Jirinovski verdiyi intervyusunda vəzifənin adı əvəzləmək üçün iki variant təklif edib: başqan və ya xan.[12] Dövlət Dumadaki Tatarıstan nümayəndəsi, İldar Gilmutdinovun sözlrinə görə, 2015-ci ilin ərzində Respublikanın Parlamentində vəzəfənin adını dəyişdirmək məsələsi bir dəfə də qaldırılmamış.[13]

Beləliklə, Respublika başçısının adını dəyişmədiyinə görə, 2016-cı ilin yanvarın 1-dən, onun konstitusiyası federal qaunun ilə ziddiyyətdədir.[14] Faktiki olaraq, Respublika müstəsna olaraq, ali vəzifəli şəxsini Prezident adlandırmağa haqqını saxlayıb, eyni zamanda isə Rusiya Federasiyasının başqa subyektlərinin belə haqqı qalmayıb.[15]

Prezidentlərin siyahısı

Əlavə məlumat №, Şəkil ...
ŞəkilAdı
(həyat illəri)
Müddət sayıSəlahiyyətlərinin müddətiPartiya
1 Thumb Mintimer Şaymiyev
(1937 -)
4 12 iyun 1991 25 mart 2010 Sovet İttifaqı Kommunist Partiyası, Evimiz - Rusiya,
«Bütöv Rusiya» («Ata Yurd — Bütöv Rusiya»), Vahid Rusiya
2 Thumb Rüstəm Minnexanov
(1957 -)
2 25 mart 2010 hal-hazırda Vahid Rusiya
Bağla

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.