Tallin əməliyyatı (1944)
From Wikipedia, the free encyclopedia
1944-cü ildəki Tallin əməliyyatı (rus. Таллинская операция 1944 года) — SSRİ-nin Qızıl Ordusunun 2-ci zərbə ordusu, 8-ci ordusu və Baltik donanması tərəfindən Estoniya ərazisindəki Üçüncü Reyxin Vermaxtına bağlı olan 3-cü SS tank korpusu, 2-ci ordu korpusu və Estoniya legionu qüvvələrini məğlub etmək və Tallin şəhərini azad etmək üçün 17 sentyabr 1944-cü ildə həyata keçirilən və həmin ilin 26 sentyabrında uğurla nəticələnən taktiki hərbi əməliyyat. Əməliyyatın alman qarşılığı olan Aster əməliyyatı (alm. Unternehmen Aster) Estoniya ərazisindəki bütün Vermaxt qoşunlarının regiondan çəkilməsi üçün həyata keçirilmişdir.
Tallin əməliyyatı | ||||
---|---|---|---|---|
İkinci Dünya müharibəsi Şərq cəbhəsi | ||||
Tarix | 17—26 sentyabr 1944 | |||
Yeri | Estoniya SSR, SSRİ | |||
Səbəbi | Regionun Vermaxt qüvvələri tərəfindən işğalı | |||
Nəticəsi |
Qızıl Ordunun qələbəsi
|
|||
Ərazi dəyişikliyi | Estoniyanın SSRİ tərəfindən yenidən işğalı | |||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
|
||||
Tərəflərin qüvvəsi | ||||
|
||||
Sovet İttifaqı tərəfindən həyata keçirilən hərbi əməliyyat ikinci zərbə ordusunun Vermaxtın ikinci ordu korpusunun Tartu şəhəri yaxınlığında yerləşən Emayıqi çayındakı müqavimətini qırması ilə başlamışdır. Müdafiəçi nasist qüvvələri «Narva» ordu dəstəsinin Estoniyadan nizamlı şəkildə təxliyə edilməsi üçün sovet qoşunlarının hücumunu ləngidə bilmişdir.[4] 18 sentyabrda Oslo mərkəzli sürgündəki Estoniya hökuməti Tallin şəhərindəki hökumət binalarının nəzarətini alman qoşunlarından almış, 22 sentyabrda Vermaxt əsgərlərinin hamısı şəhəri tərk etmişdir. Leninqrad cəbhəsinin hərbçiləri 22 sentyabr 1944-cü ildə Tallin şəhərini ələ keçirmiş 26 sentyabrda isə Estoniyanın qalan kontinetal ərazisini Vermaxtdan azad etmişdir.