Taksedo Mask
From Wikipedia, the free encyclopedia
Taksedo Mask (タキシード仮面, Takishīdo Kamen?) — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasının əsas personajlarından biri. Əsl adı Mamoru Çibadır (地場 衛, Chiba Mamoru?). Seylor döyüşçüləri komandası ilə birlikdə vuruşur. Şəxsiyyətini gizlətmək üçün Mamoru maska geyinir, düşmənlərə qarşı mübarizə aparır, Seylor döyüşçülərinə məsləhətlər verir və bəzən onlara döyüşdə kömək edir.
Taksedo Mask | |
---|---|
Taksedo Mask "Sailor Moon Crystal" animesindən. | |
Franşiz(lər) | "Seylor Mun" |
Yayın tarixi | "Seylor Mun" #1: "Usaqi - Seylor Mun" (1993) |
Yaradan | Naoko Takeuçi |
Manqada | var |
Animedə | var |
Profil | |
Əsl adı | Mamoru Çiba |
İngilis versiyası | Darien Şilds |
Növü | insan |
Cinsi | kişi |
Milliyəti | yapon |
Doğum tarixi | 3 avqust (Şir) |
Yaşı | 17-19 (manqa), 18-19 (anime) |
Boyu | 173 sm |
Qan qrupu | A(II) |
Ləqəb(lər)i | Şahzadə Endimion, Kral Endimion, Endo (manqa), Ay işığı cəngavəri (anime), Metariya Endimion (PGSM), Kosmos cəngavəri (myuzikllar) |
Komandaları | Seylor döyüşçüləri, Kölgə Qalaktika, Qaranlıq Krallıq |
Gücləri | enerjini idarə etmək, manipulyasiya etmək, qızılgüldən silah kimi istifadə etmək |
Digər Seylor döyüşçüləri kimi Taksedo Maskın da gücləri vardır. Gücləri Yer planeti ilə əlaqələnir. Psixi güclərə də malikdir, psixometr və sağaltma güclərinə sahibdir və bu gücləri hekayənin gedişində təkmilləşmişdir. Gücləri manqada əhəmiyətli yer tutsa da, animedə bu belə deyil. Manqa seriyasının baş qəhrəmanı Usaqi Tsukino ilə arasında sevgi münasibətləri vardır.
Çibiusa və Usaqi ona çox vaxt "Mamo-çan" deyə müraciət edirlər. DIC və Cloverway ingilis versiyalarında personaj Darien Şilds adlandırılıb və ona verilən ləqəb "Dar" ilə əvəzlənib.