Tabasaran maysumluğu
From Wikipedia, the free encyclopedia
Tabasaran maysumluğu — Dağıstan ərazisində mövcud olmuş dövlət quruluşu. Dövlətin hökmdarı "Maysum" titulu daşıyırdı. Əhalinin böyük hissəsini tabasaranlılar, azərbaycanlılar[1][2][3] və ləzgilər[4] təşkil edirdi.
Maysumluq | |
Tabasaran maysumluğu | |
---|---|
|
|
Paytaxt | Xuçni |
Ən böyük şəhər | Xuçni |
Rəsmi dilləri |
Tabasaran dili Azərbaycan türkcəsi Ləzgi dili |
Dövlət dini | İslam, Xristianlıq |
Ərazisi | 1500 km2 |
Əhalisi |
|
İdarəetmə forması | Mütləq monarxiya |
Maysum | |
• | II Məhəmməd ibn Yəzid |
Maysumluqdan bəhs təxminən 15-ci əsrin ikinci yarısından başlayır: "Andunik vəsiyyətində" 260 min Dağıstan qoşununun 70.000-inin Tabasaran maysumluğunun qoşunları olduğu deyilir. Maysum Xuçnidə möhkəmləndirilmiş qalada yaşayırdı.
Tabasaran ərazisi şimalda Haydak, şimal-qərbdə Qumik, cənubda Laz, şərqdə Baba-ül-Əbvab, cənub-şərqdə Şirvanla həmsərhəd idi. Tabasaran maysumluğun Qafqaz tarixi ilə bağlı siyasi hadisələrdə mühüm rol oynamışdır.
XVII əsrin ortalarında maysum nəslinin nümayəndələri arasında daxili çəkişmələr başlayır. Maysumlar Çere kəndinə köçmək məcburiyyətində qalırlar. Maysumun gücünün zəifləməsindən istifadə edən Tabasaran Kadı sülaləsi, maysumluğun şimal hissəsini ələ keçirərək və orada yarı müstəqil bir mülk qururlar. Maysumluqdan və Kadılıqdan əlavə, Tabasaran ərazisində Dağlıq (və ya Azad) Tabasaran da mövcud olur. Bu bölgənin kəndlərində Maysum və Kadının gücü yalnız nominal olaraq tanınırdı.
1806-cı ildə Maysum, Kadi və digər Tabasaran feodalları Rusiya vətəndaşlığını qəbul edir. 1813-cü ildə Tabasaran nəhayət Rusiya imperiyasına birləşdirilir.