![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c4/T-10_tank.jpg/640px-T-10_tank.jpg&w=640&q=50)
T-10
SSRİ istehsalı olan tank / From Wikipedia, the free encyclopedia
IS-10 (Object 730) KV, IS və ya 1943-cü ildən istehsal edilən SSRİ ağır tanklarının ən son məhsuludur. Bu tanklar əvvəllər IS-8 və ya IS-9 adlandırılmalı olsa da, sonda IS-10 adı ilə 1952-ci ildə xidmətə qəbul edilmişdirlər, lakin 1953-cü ildə Stalinin ölümü ilə SSRİ-də dəyişmiş olan siyasi ab-havanın təsiri nəticəsində tankın adı dəyişdirilərək T-10M edilmişdir. Doğrudan da “əcdadı” olan IS-3 tanklarından daha uzun bir gövdəyə, 6 cüt yol təkərləri yerinə 7 cüt yol təkərlərinə, inkişaf etdirilmiş olan bir dizel motoruna və artan zirehi ilə duman çıxardan yeni bir silah montaj edilmiş böyük bir tank qülləsinə sahib idi. T-10 daha artıq cəbbəxana daşımaq qabilliyyətinə sahib olmasına baxmayaraq, ümumi olaraq performansı IS-3 tankları ilə bərabər hesab edilmişdir. T-10M tanklarının ordularına aid müstəqil tank taborları və müstəqil tank alayları formalaşdırılmışdır. Bu müstəqil tank birlikləri piyadaların həyata keçirdikləri hərbi əməliyyatları dəstəkləmək və hərəkət edə bilmək üçün mexanikləşdirilmiş birliklərə bağlı ola bilərdilər. Bu xidmətə qəbul edilmiş olan sonuncu SSRİ ağır tankı olmuşdur. Zaman keçdikcə təkmilləşdirilən T-64MBT tankları T-10M tanklarının yerinə cəbhələrdə vəzifələrə göndərilirdilər.
T-10 | |
---|---|
![]() T-10 tankı | |
Tipi | ağır tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1953-1996 |
İstismara başlanması | 1954 |
İstismar edənlər | SSRİ, Cənubi Osetiya (1995-ci ildə xidmətdən çıxardıldılar), Rusiya |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Josef Kotin |
Konstruksiya tarixi | 1948-1952 |
İstehsalçı | SSRİ |
İstehsal illəri | 1953-1966 |
İstehsal sayı | 2500 ədəd |
Variantları | T-10 (1952); T-10A (1956); T-10B (1957); T-10M (1957) |
Xüsusiyyətləri | |
Ağırlığı | 52 ton |
Zireh | 250 mm |
Mühərrik | 39 l 12-silindirli dizel model V-2-IS |
Mühərrik gücü | 700 at gücü (522 kW) |
Əsas silah | 122 mm-lik D-25TA topu |
Uzunluğu | 9.87 metr, gövdə 7.41 |
Eni | 3.57 metr |
Hündürlüyü | 2.43 metr |
Ekipaj | 4 nəfər |
![]() |
Zireh: 250 mm
Əsas silah: 122 mm-lik D-25TA topu
Köməkçi silah: 2 ədəd 12.7 mm-lik DShKM pulemyotu (piyadalara və hava hücumlarına qarşı)
Mühərrik: 39 l 12-silindirli dizel model V-2-IS
Mühərrik gücü: 700 at gücü (522 kW)
Hərəkət ehtiyatı: 250 km
Sürəti: 42 km/saat (yolda)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d9/%D0%A2%D1%80%D0%B0%D0%BA_%D0%A2-10%D0%9C.jpg/640px-%D0%A2%D1%80%D0%B0%D0%BA_%D0%A2-10%D0%9C.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/48/%D0%A5%D0%BB%D0%B4%D0%BE%D0%B2%D0%B0%D1%8F_%D0%A2-10%D0%9C.jpg/640px-%D0%A5%D0%BB%D0%B4%D0%BE%D0%B2%D0%B0%D1%8F_%D0%A2-10%D0%9C.jpg)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/30/T-10_Lutsk.jpg/640px-T-10_Lutsk.jpg)