From Wikipedia, the free encyclopedia
Təyin yolu — farmakologiya və toksikologiyada dərmanın, mayenin, zəhərin və ya digər maddənin orqanizmə daxil olması üsuludur.[1]
Dərmanların orqanizmə yeridilmə yollarının vahid təsnifatı olmasa da, əsasən, yerli (lokal) və sistem xarakterli olmaqla iki qrupa bölünür.
Dərman maddələrinin orqanizmə yerli təyini yollarına aşağıdakılar aiddir:
Epidermal yolla dərman maddələri məhlul, suspenziya, məlhəm, krem və s. formada, əsasən, dəri xəstəliklərinin müalicəsi məqsədilə təyin olunur.
Dərman maddələri dəri içinə, adətən, müxtəlif allergik və ya bakterioloji sınaqların aparılması məqsədilə təyin olunur. Bu yolla, həmçinin, yerli anestetiklər də təyin oluna bilər.
Konyuktiva üzərinə oftalmologiya təcrübəsində istifadə olunan dərman maddələri (oftalmik preparatlar) təyin olunur.
İntranazal yolla, əsasən, yerli təsir almaq məqsədilə iltihabəleyhinə, antibakterial, vazokonstriktiv təsirli maddələr, yerli anestetiklər təyin olunur.
Bukkal yolla dərman maddələri, əsasən, ağızın selikli qişası və diş ətinin müxtəlif mənşəli xəstəliklərinin müalicəsində təyin olunur.
Dərman maddələrinin orqanizmə sistem təyini yollarına aşağıdakılar aiddir:
Enteral yolla dərman maddələri həzm kanalına təyin olunur. Bu məqsədlə dərman maddələri orqanizmə ağızdan (oral, per os), sublinqual (dilaltı), bukkal və rektal yolla yeridilir.
Dərmanların parenteral qəbul yollarına dərialtı, əzələiçi, venadaxili inyeksiya və infuziyalar, arteriyadaxili və sümük iliyinə (döş sümüyünə) olan inyeksiyalar aid edilir.
Transdermal yolla dərinin üstünə qoyulduqda oradan orqanizmə sorula bilən dərman maddələri təyin olunur.
İnhalyasyon qəbulda dərman maddələri orqanizmə inhalyasiya şəklində (tənəffüs havası ilə) təyin olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.