![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/82/Tawakkol_Karman_%25282019%2529_II.jpg/640px-Tawakkol_Karman_%25282019%2529_II.jpg&w=640&q=50)
Təvəkkül Karman
From Wikipedia, the free encyclopedia
Təvəkkül Əbdül-Salam Karman (ərəb. توكل عبد السلام خالد كرمان Tawakkul 'Abd us-Salām Khalid Karmān; Tawakul,[6] Tawakel[7][8][9] 7 fevral 1979[1][2][…], Taiz[3][9]) — Yəmənli Nobel sülh mükafatçısı, jurnalist, siyasətçi və insan haqları müdafiəçisi.
Təvəkkül Karman | |
---|---|
توكل كرمان | |
![]() Təvəkkül Karman 2019-cu ildə | |
Doğum tarixi | 7 fevral 1979(1979-02-07)[1][2][…] (45 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Məhəmməd Əl-Nehmi |
Uşağı | 3 |
Atası | Əbdül Salam Xalid Karman |
Anası | Ənisah Hüseyn Abdullah Əl Əsvadi |
Milliyyəti | yəmən |
Dini | İslam |
Təhsili |
Səna Universiteti Səna Elm və Texnologiya Universiteti |
Fəaliyyəti | sülh aktivisti, jurnalist, siyasətçi, insan hüquqları fəalı |
Mükafatları |
![]() |
tawakkolkarman.net tkif.org/en/ |
|
![]() |
2005-ci ildən qurduğu "Zəncirsiz Qadın Jurnalistlər" qrupuna rəhbərlik edir. Ərəb baharı qiyamlarının bir hissəsi, 2011-ci il Yəmən inqilabının beynəlxalq ictimaiyyətdə siması olub. 2011-ci ildə bəzi yəmənlilər tərəfindən ona "Dəmir qadın" və "İnqilabın anası" titulları verilib.[10][11] 2011-ci ildə Nobel sülh mükafatını alan ilk Yəmənli qadın,[12] ilk ərəb qadını və Nobel mükafatını qazanan ikinci müsəlman qadındır.[13]
Karman 2005-ci ildən sonra ölkəsində məşhurluq qazanaraq, Yəmənli jurnalist və mobil telefon xəbər xidməti vəkili kimi 2007-ci ildən mətbuat azadlığı uğrunda etirazlara rəhbərlik edib. 2007-ci ilin mayından sonra islahat məsələlərini genişləndirərək həftəlik etirazlar təşkil edib.[6][14] Tunis xalqının 2011-ci ilin yanvarında Zeynalabdin bin Əli hökumətini devirməsindən sonra Ərəb baharı yönündəki Yasəmən inqilabına dəstəyini verərək Yəməndəki etirazlara yön verərək Prezident Əli Abdullah Saleh rejiminin sona çatması uğrunda mübarizə aparıb.[15]