From Wikipedia, the free encyclopedia
Tək uşaq siyasəti – ailə planlama siyasətinin bir hissəsi kimi Çinin əhali planlama siyasəti olmuşdur. Bu 1979-dan tətbiq edilməyə başlamış və rəsmi olaraq 2015-də mərhələli şəkildə ləğv edilmişdir. Bu siyasət etnik azlıqlar da daxil olmaqla bəzi qruplar üçün istisnalar təşkil edirdi. 2007-də, Çin əhalisinin 36%-i bir uşaq siyasətinə məruz qalarkən, 53%-nə birinci uşağın qız olması hallarında, ikinci uşağının olması icazəsi verilmişdir. Əyalət hakimiyyətləri bu siyasətin pozulmasına qarşı cərimələr tətbiq etmiş və milli hakimiyyətlər isə nəzarət və qeydiyyat işlərini aparmaq və əhalinin məlumatlılığını artırmaq üçün komissiyalar yaratmışdır.
Çin hökumətinin yaydığı məlumata əsasən 400 milyon doğumun qarşısı alınmışdır. Tədqiqatçılar bu iddianın "yanlış" olduğunu bildirmişdir, çünki "1970-dən bəri əhali artımında bir uşaq siyasətinin tətbiqindən əvvəl 3/4 dəfə azalma müşahidə edilmişdir; və 1980-dən bəri müşahidə olunan digər azalma isə iqtisadi inkişafla əlaqələndirilmişdir."[1] Tailand və İranda, həmçinin Hindistanın Kerala və Tamil Nadu ştatlarında da bir uşaq siyasəti tətbiq olunmasa da əhali artımında oxşar azalmalar olmuşdur. 2008-də aparılan sorğuya əsasən Çinlilərin 76%-i bu siyasəti dəstəkləsə də,[2] Çinin xaricində bu mövuya mübahisəli yanaşılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.