From Wikipedia, the free encyclopedia
Təhməz Təhməzov (23 avqust 1954, Qurdlar, Marneuli rayonu) — Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri, jurnalist, Gürcüstanın əməkdar jurnalisti.[1]
Təhməz Təhməzov | |
---|---|
Təhməz Qiyas oğlu Təhməzov | |
Doğum tarixi | 23 avqust 1954 (70 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutu |
Mükafatları |
Təhməz Qiyas oğlu Təhməzov 1954-cü il avqustun 23-də Marneuli rayonundakı Qurdlar kəndində anadan olub. 1971-ci ildə Baydar orta məktəbini, 1976-cı ildə A. S. Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunu bitirib.[1]
Əmək fəaliyyətinə doğma kəndində müəllim kimi başlayıb və 1983-1987-ci illərdə Gürcüstan Televiziya və Radio Verilişləri şirkətində kiçik redaktor, 1987-1991-ci illərdə “Sovet Gürcüstanı” qəzetində müxbir, 1991-1999-cu illərdə Qurdlar kənd sovetinin sədri və 2006-cı ilin martından 2013-cü ilin iyun ayına kimi Azərbaycan İctimai Televiziyasının Gürcüstandakı xüsusi müxbiri işləyib[1].
Oçerk və publisistik yazıları Gürcüstandakı dövrü mətbuatda dərc olunub[1].
Ailəlidir, iki oğlu, 4 nəvəsi var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.