Türkmənlərin Gürcüstana hücumları — XV-XVIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin Gürcüstan ərazisinə etdiyi səfərlər. Monqol hakimiyyətinin sona çatması ilə Qaraqoyunlu və Ağqoyunlu türkmənləri tarix səhnəsinə çıxmış, bu ərazidə 2 ayrı türkmən[q 1] dövlətinin əsasını qoymuşdular. Türk və dünya tarixində əhəmiyyətli yerə sahib olan bu dövlətlər XV əsrdən başlayaraq Gürcüstan ərazisinə müxtəlif tarixlərdə səfərlər təşkil etmişdir.
Cəld faktlar Tarix, Yeri ...
Türkmənlərin Gürcüstana hücumları |
---|
1460-cı ildə cənubdan Qaraqoyunlular ilə həmsərhəd olan Gürcüstan çarlığı |
Tarix |
1407-1502 |
Yeri |
Gürcüstan, şərqi Anadolu, qərbi İran |
Nəticəsi |
Gürcülərin qələbəsi |
|
|
|
Bağla