![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/1/10/T%25C3%25BCrkiy%25C9%2599_az%25C9%2599rbaycanl%25C4%25B1lar%25C4%25B1.png/640px-T%25C3%25BCrkiy%25C9%2599_az%25C9%2599rbaycanl%25C4%25B1lar%25C4%25B1.png&w=640&q=50)
Türkiyə azərbaycanlıları
From Wikipedia, the free encyclopedia
Türkiyə azərbaycanlıları — Türkiyə ərazisində yaşayan azərbaycanlılar. 800 min-3 milyon nəfər olmaqla, əsasən İğdır və Qars illərində yaşayırlar.[1] Hal-hazırda Türkiyədə neçə etnik Azərbaycanlının olduğunu müəyyən etmək elə də asan deyil, çünki etnik tərkiblilik bu ölkədə olduqca axıcı bir anlayışdır. Bəzi mənbələrə görə, Türkiyədə təxminən 800.000 On iki imam şiəsi, ancaq bu rəqəm real rəqəmdən əhəmiyyətli dərəcədə fərqli ola bilər. Türkiyədə yaşayan 300.000-ə yaxını Azərbaycan vətəndaşıdır.[2] Şərqi Anadolu regionundaki azərbaycanlılara bəzən Əcəm də deyilir. Iğdırın ən böyük etnik qrupu, Qarsda ən böyük ikinci böyük etnik qrup olan Türkiyə azərbaycanlıları ən çox hazırda Qars ilinin Ağyaxa ilçəsində çoxluq təşkil edir. Britannika Ensiklopediyasına görə 2000-ci ildə aparılan təxmini hesablamalara görə Türkiyə əhalisinin 1%–ni etnik azərbaycanlılar təşkil edir.[3] Ancaq başqa bir məlumatda Türkiyədə təkcə cəfəri məzhəbindən olan azərbaycanlıların sayının 1998-ci ildə təxminən 3 milyon olduğu qeyd edilir.[4]
![]() | |||
Azərbaycanlıların yaşadığı vilayətlər | |||
Özünüadlandırma | |||
---|---|---|---|
Türkiyə azərbaycanlıları | |||
Ümumi sayı | |||
800,000-3,000,000 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Mənşəyi | |||
Oğuz (türk) | |||
Qohum xalqlar | |||