Tüklü mamont
From Wikipedia, the free encyclopedia
Tüklü mamont (lat. Mammuthus primigenius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin mamont cinsinə aid heyvan növü. Tüklü mamont Pliosen dövründə Mammuthus subplanifrons ilə başlayan mamont növləri sıralamasının axırıncı nümayəndələrindən biridir. M. primigenius Şərqi Asiyada 200 min il bundan əvvəl çöl mamontundan (M. trogontherii) törəyib. Onun yaxın qohumu Asiya filidir.Nəsili kəsilmiş heyvan növüdür
Tüklü mamont | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Dəstəüstü: Klad: Paenungulata Klad: Tethytheria Dəstə: Yarımdəstə: Elephantiformes Klad: Elephantimorpha Klad: Elephantida Fəsiləüstü: Elephantoidea Fəsilə: Yarımfəsilə: Elephantinae Triba: Elephantini Cins: Növ: Tüklü mamont |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bu canlının görünüşü və davranışı kəşf edilmiş skelet, dişlər, mədə hissələri, peyin və ibtidai icma quruluşuna aid mağara rəsmlərindəki həyat təsvirləri ilə bərabər Sibir və Alyaskadakı donmuş cəmdəklərin kəşfinə görə də ibtidai icma quruluşunda yaşamış heyvanlar arasında ən yaxşı öyrənilmişidir. Avropalılar XVII əsrdə mamont haqqında öyrənməzdən əvvəl Asiyada mamont qalıqları tanınırdı. Bu qalıqların mənbəyi müzakirə mövzusu olub və əsasən əfsanəvi məxluqun qalıqları olaraq izah edilib. Mamont 1796-cı ildə Corc Kuvier tərəfindən filin nəsli kəsilmiş növü hesab edilib.
Tüklü mamont təqribi olaraq müasir Afrika filləri ilə eyni ölçüdədir. Erkəklər 2.7–3.4 m çiyin hündürlüyünə çatır və çəkiləri 6 tona qədərdir. Dişi nümayəndələr hündürlükdə 2.6–2.9 m arasındadır və çəkisi 4 tona qədərdir. Yeni doğulan fil balası təxminən 90 kq ağırlığındadır. Mamont axırıncı buz dövründə soyuq mühitə yaxşı alışıb. O, uzun qoruyucu tüklərin xarici örtüyü və qısa astarla birlikdə xəzlə örtülmüşdür. Xəzin rəngi qaradan ağa qədər dəyişir. Qulaqlar və quyruq donvurmanı və istilik itkisini azaltmaq üçün kiçikdir. Növün nümayəndəsinin həyatı boyu altı dəfə dəyişdiyi dörd azı dişi və uzun əyri fil dişləri var. Onun davranışı müasir fillərlə oxşardır və o, fil dişlərini və xortumunu obyektləri hərəkət etdirmək, döyüşmək və qida axtarmaq üçün istifadə. Tüklü mamontun qidası ot və cilkimilərdir. Bəzi nümayəndələri altmış yaşa qədər çatır. Yaşayış yeri Avrasiyanın şimalı və Şimali Amerika içindən uzanan mamont çölləridir.
Tüklü mamont onların sümüklərini və dişlərini incəsənət, alətlər və yaşayış məskəni düzəltmək üçün istifadə edən ilk insanlarla və mamontlar kimi qida üçün ovlanan canlılarla eyni dövrdə yaşayıb.[1] O, əsas yayılma sahəsindən 10 min il bundan əvvəl Plestosen dövründə qeyb olub. Bunun səbəbi ya iqlim dəyişikliyi və bunun nəticəsi olan yaşayış yerinin azalması, ya insanlar tərəfindən ovlanması, ya da hər iki prosesin kombinasiyasıdır. Növün təcrid olunmuş hissəsi 6400 il əvvələ qədər Müqəddəs Paul adasında (Alyaskada) və 4000 il bundan əvvələ qədər Vreynql adasında (Şərqi Sibirdə) yaşayıb. Tüklü mamontun nəslinin kəsilməsindən sonra da insanlar onun mamont dişini xammal kimi istifadə etməyə davam ediblər. Təklif edilib ki, klonlaşdırmanın vasitəsilə bu canlılar yenidən yaradıla bilər, ancaq bu metod qalıq genetik materialın xarab olmuş vəziyyətinə görə hələlik mümkünsüzdür.