Səfəvilər
tarixi dövlət / From Wikipedia, the free encyclopedia
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə[27] qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir.[28] Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı,[29] Rumlu,[30] Mosullu,[31] Pornak, Şeyxavənd,[32] Çəpni, Bayat,[33] Xınıslı, Təkəli,[34] Baharlı, Qaramanlı,[35] Sədlu, Bayburtlu, Varsaq,[36] Evoğlu, Qaracadağlı,[37] Ustaclı,[38] Zülqədər,[39] Əfşar,[40] Qacar.[41] Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir.[42]
Tarixi dövlət | |||||
Səfəvilər | |||||
---|---|---|---|---|---|
Xanədani Səfəviyyə [1] Dövləti Qızılbaş [2] | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | |||||
Dilləri | |||||
Rəsmi dilləri | |||||
Dövlət dini | İslam (Şiəlik)[22][23] | ||||
Valyuta | |||||
Ərazisi |
3.500.000 km² (1512)[25] 2.900.000 km² (1627) |
||||
Əhalisi | 20.000.000 | ||||
İdarəetmə forması | Mütləq monarxiya | ||||
Sülalə | Səfəvilər | ||||
Şahlar | |||||
• 1501-1524 | I İsmayıl | ||||
• 1524-1576 | I Təhmasib | ||||
• 1576-1577 | II İsmayıl | ||||
• 1578-1587 | I Məhəmməd | ||||
• 1587-1629 | I Abbas | ||||
• 1629-1642 | I Səfi | ||||
• 1642-1666 | II Abbas | ||||
• 1667-1694 | I Süleyman | ||||
• 1694-1722 | I Sultan Hüseyn | ||||
• 1722-1732 | II Təhmasib | ||||
• 1732-1736[26] | III Abbas | ||||
Tarixi | |||||
• XIII-XIV.əsr | Ərdəbildə Səfəvi təriqətinin yaranması | ||||
• 1501 | Şah İsmayılın dövləti qurması | ||||
• 1501 | Şərur döyüşü | ||||
• 1503 | Almaqulağı döyüşü | ||||
• 1510 | Mərv döyüşü | ||||
• 1514 | Çaldıran döyüşü | ||||
• 1587-1629 | Böyük Abbasın dövrü | ||||
• 1722 | İsfahanın mühasirəsi | ||||
• 1732-1736 | Nadir xanın dövrü | ||||
• 1736 | Dövlətin süqutu | ||||
• 1796 | Sülalənin sonu | ||||
Davamiyyət | |||||
Azərbaycan →Türkmənistan Türkiyə Qətər İran Gürcüstan Ermənistan İraq Suriya Əfqanıstan Pakistan Rusiya BƏƏ Küveyt Bəhreyn Oman Özbəkistan |
|||||
Vikianbarda əlaqəli mediafayllar |