From Wikipedia, the free encyclopedia
Səfiyyə binti Əbdülmüttalib (ərəb. صفية بنت عبدالمطلب, 570, Məkkə – 640, Mədinə[1]) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin bibisi[2], Zübeyr ibn Əvvamın anası. İslamda bütpərəst (İslam ədəbiyyatında müşrik) kişini öldürən ilk qadın səhabə kimi tanınır.
Səfiyyə binti Əbdülmüttalib | |
---|---|
ərəb. صَفِيَّة بنت عبد المطّلب بن هَاشِم القُرَشية الهاشمية | |
Doğum tarixi | 570 |
Doğum yeri | |
Vəfat tarixi | 640 |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşaqları | |
Atası | Əbdülmüttəlib ibn Haşim |
Fəaliyyəti | şair, mühəddis |
Vikianbarda əlaqəli mediafayllar |
567-ci ildə Məkkədə anadan olmuşdur. Müsəlman olmadan əvvəl iki dəfə ərə gedir. Zübeyr ibn Əvvam ikinci evliliyindən idi. Məhəmmədin İslama dəvətini eşidən o, oğlu Zübeyrlə birlikdə İslamı qəbul etmişdir. İslamın yayılmasında peyğəmbərə dəstək verməsi ilə bilinir. O, oğlu Zübeyrlə birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir.
O, müxtəlif müharibələrdə iştirak edib və müharibəyə gedən ilk müsəlman qadın kimi tanınıb. Döyüşlərdə yaralıların müalicəsində iştirak edir. Qardaşı Həmzənin Uhud döyüşündə öldüyünü eşidəndə hər iki əlinə aldığı silahlarla Qureyş bütpərəstləri ilə vuruşur. Xəndək döyüşündə ailələrin sığındığı qüllələrə yəhudilərin hücumunu dəf etdiyi üçün ona qənimətdən bir pay verilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.