Süjetli xalçalar
From Wikipedia, the free encyclopedia
Azərbayanda süjetli və mövzulu xalçaların toxunması qədim tarixə və zəngin ənənələrə malikdir. Azərbaycanda belə xalçalar tarixən ölkənin cənubunda Təbriz şəhərində toxunub. Təbriz şəhərində süjetli xalçaların istehsalının yüksəlməsi 16-cı yüzilliyə təsadüf edir. Məhz bu dövrə Təbriz miniatür məktəbinin çiçəklənməsi düşür. Aparılan tədqiqatlar göstərir ki, bu məktəbin rəssamları miniatür rəngkarlığı ilə kifayətlənməyərək, həm də dekorativ sənətin bir çox növləri (bədii parça, memarlıq ornamentləri, zərgərlik nümunələri və s.) üçün eskiz və cizgilər hazırlamışdılar. Həmin rəssamlar eyni zamanda zəngin, bədii xalçalar üçün bəzək və rəsmlər, müxtəlif ov, savaş, eşq və məhəbbət, saray həyatına həsr olunmuş kompozisiyalar da yaradırdılar. Süjetli xalçalar başlıca olaraq şəkil kimi divardan asılmaqdan ötrü toxunurdu. Onların toxunmasında yüksək keyfiyyətli yun, zərif iplik istifadə edilirdi. Yüksək sıxlıq və zərif xov bu xalçaların əsas texniki xüsusiyyətlərindən sayıla bilər.
Ov səhnələri bu tipli xalçaların başlıja süjetini təşkil edirdi. Bu tipli xalçalara "Ovçuluq" deyilir. Ovçuluq xalçaları təkcə Cənubi Azərbaycanda deyil, həm də Şimali Azərbaycanın bir çox yerlərində toxunurdu. Bu mövzuda Şirvanda toxunan xalçalar xüsusilə diqqətəlayiqdir. Şirvanda toxunan Ovçuluq xalçaları öz səmimi sadəliyi, canlı təsvirlərin həndəsi stilizasiyası, rəng parametrinin şıxlığı ilə səciyyələnir.
Qarabağda toxunan ov mövzulu xalçaların da özünəməxsus xüsusiyyətləri mövcud idi. Bu xalçalarda üfüqi simmetrik kompozisiyalar bədii tərtibatın əsasını təşkil edir. Bu cür kompozisiyaların kökləri ulu keçmişlərdə müxtəlif materiallarda icra olunan ov səhnələri və süjetlərə aparıb çıxarır.
XIX yüzilliyin sonlarında Qarabağda – Şuşada xalçaçılıq sənətində yeni süjetlər meydana gəlir. Belə xalçalara Atlı-itli, İtli-pişikli, Maral-ceyran adlı çeşnilər aiddir. Bu tipli çeşnilər Rusiyanın manufaktura məhsullarının təsiri altında yaranmışdır. Bu xalçalarda, bir qayda olaraq, eyni səhnəcik və ya şəkil ritmik tərzdə bir neçə dəfə təkrar edilir.
XIX-XX yüzillikdə Təbrizdə toxunan "Dörd fəsil" adlı xalıların mənşəyi maraqlıdır. Xalçaların mərkəz sahəsi dörd sücet təsvirli hissəyə bölünür. Onların kəsişdiyi nöqtədə verilən medalyonda İran klassik poeziyasından götürülmüş bir beytin illüstrasiyası verilir. Qalan dörd sücetli kompozisiyaların hərəsi ilin bir fəslini qış, yay, bahar və payızı təsvir edir. Maraqlıdır ki, hər bir kompozisiyada İran və Azərbaycanın bir görkəmli memarlıq abidəsinin (Təbrizin Göy məsjidi, Mədain xarabalıqları, Sultaniyədəki Olcaytu türbəsi və Persopslis tikililəri) təsviri verilir. Bu cür xalçaların haşiyəsində İranın tarixi və mifoloci hökmdarlarının portretləri də əks etdirilir.
Süjetli xalçaların xüsusi bir qrupunu Şərq ədəbiyyatının motivləri əsasında yaradılmış çeşnilər təşkil edir. Sənətkarlar belə xalçaların hazırlanmasında Nizami Gəncəvinin, Firdovsinin, Xaqani Şirvaninin əsərlərindən bəhrələnirdilər. Bu cür xalçaların əsas süjetləri Leyli və Məjnun, Xosrov və Şirin, Rüstəm və Söhrab, Fərhad kimi ədəbi qəhrəmanların obrazları və əməlləri ilə bağlıdır.
Şimali Azərbaycanda XIX yüzilliyin ikinci yarısından etibarən təsadüfi xarakter daşıyan süjetlərə rast gəlinir. Belə ki, Rusiyanın tərkibinə daxil olduqdan sonra Azərbaycanın bu əyalətlərinə rus imperiyasının iri istehsalat mərkəzlərində hazırlanan məhsullar axını güclənir. Bu malların üzərindəki təsvirlər və eyni zamanda tədavüldə olan rus kağız pulları (xüsusən də imperatriça II Yekatirinanın təsvirləri olan əskinazlar) yerli ustalar üçün əlavə "ilham" mənbəyi olmuş, lakin hər-halda böyük miqyasda istehsal edilməmişdir.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.