Sutyeska Milli Parkı (bosn. Nacionalni park Sutjeska) — Bosniya və Herseqovinanın 3 milli parkından biri. 1962-ci ildə qurulmuşdur və Bosniya və Herseqovina ilk milli parkıdır. Ölkənin ən hündür dağı olan 2389 metrlik Maqliç dağı Monteneqro ilə sərhəddə — məhz bu milli parkda yerləşir. Bu dağ silsiləsinin Monteneqroda qalan hissəsi Trnovaçko gölünü əmələ gətirir. Avropanın son iki ibtidai meşəsindən birinə sahib olan Peruçitsa Ciddi Qorunan Təbiət Qoruğu milli parkın tərkib hissəsidir.[2][3][4][5] İkinci dünya müharibəsi zamanı 1943-cü ildə burada Sutyeska döyüşü baş vermişdir. EUROPARC Federsiyasının üzvüdür.

Cəld faktlar Sahəsi, Mütləq hündürlüyü ...
Sutyeska Milli Parkı
bosn. Nacionalni park Sutjeska
Thumb
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 175 km2 ha
Mütləq hündürlüyü 1.690 m[1]
Yaradılma tarixi 1962
İdarəetmə orqanı Polşa Ətraf Mühit Nazirliyi
Yerləşməsi
43°20′00″ şm. e. 18°41′00″ ş. u.
Ölkə  Bosniya və Herseqovina
Vilayət Bosniya Serb Respublikası
Rayon Podrinye
Yaxın şəhər Fotsa
npsutjeska.net
Thumb
Sutyeska Milli Parkı
Sutyeska Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Thumb
Skakavats şəlaləsi

Milli park Bosniya və Herseqovinanın ən qədim milli parkıdır. İkinci dünya müharibəsində döyüşlərə şahid olduğuna görə bu əraziyə 1962-ci ildə milli park statusu verilmişdir.

Milli parkın içində yerləşən Peruçisa meşəsi Ciddi Qorunan Təbiət Qoruğu 1952-ci ildə "Elmi və pedaqoji məqsədlər üçün təbiət qoruğu" statusu ilə yaradılmışdır. Peruvitsa Bosniya və Herseqovinanın 5 Ciddi Qorunan Təbiət Qoruğundan biridir.

Milli park 15 may-16 iyun 1943-cü ildə partizanlarla nasistlər arasında baş vermiş Sutyeska döyüşü ilə tanınır. Partizanlar bu döyüşdə qalib gəlmişdirlər. Bu döyüşdə partizanlara İosip Broz Tito başçılıq edirdi və düşmənin məqsədini puça çıxarmışdır. Partizanların 1/3-ü ölsə də, mühasirəni uğurla yara bilmişdilər. Milli parkın şimalında Tyentiştedə, Peruçitsaya gedən yolun üstündə bu hadisəyə aid memorial qoyulmuşdur.

Coğrafiya

Sahəsi 175 km2-dır. Milli park şərqdən Pivska dağı (1.775 m) və Piva çayı, cənub-qərbdən Moqliç dağı (2386 metr), Voluyak dağı (2337 metr) və Bioç dağı (2388 metr) ilə, qərbdən Zelenqro dağı (2014 metr) dağı ilə əhatə olunub. Gələcəkdə milli parkın ərazisinin artırılaraq 83,81 km2 sahə (35 km2)-a çatdırılması düşünülür.

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.