From Wikipedia, the free encyclopedia
Son Het, Yeni Het və ya Suriya-Het çarlıqları — Anadolunun cənub-qərbində və müasir Suriyanın şimalında erkən Dəmir dövrünə aid siyasi formasiyalar. Bu dövlətlər e.ə. 1180-ci ildə yaranmış, təxminən e.ə. 700-cü ilə qədər mövcudluğunu qorumuşdur. Bu çarlıqların əhalisi əsasən luvi, arami və Finikiya dillərində danışırdılar.
Müasir ingilisdilli ədəbiyyatda "Yeni Het çarlıqları" termini dar mənada Milid və Karkemiş kimi luvilərin hakimiyyətdə olduğu dövlətlərə istinad etmək üçün istifadə edilir. Bundan başqa, "Suriya-Het krallıqları" termini daha geniş bir termin olub, cənubi və mərkəzi Anadoluda, eləcə də Suriyada yaranmış bütün dövlətləri – Tabal və Kue kimi Het dövlətinin süqutundan sonra yaranmış padşahlıqları əhatə edir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.