From Wikipedia, the free encyclopedia
Suqino Yoşiko (杉野 芳子?, 2 mart 1892, Çiba prefekturası – 24 iyul 1978) – Yaponiya dəb dizayneri. Doreme tikiş məktəbinin və Suqino Moda Kollecinin qurucusudur.
Suqino Yoşiko | |
---|---|
yap. 杉野芳子 | |
Doğum tarixi | 2 mart 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyul 1978 (86 yaşında) |
Fəaliyyəti | dəb dizayneri |
Vikianbarda əlaqəli mediafayllar |
2 may 1892-ci ildə Yaponiyanın Çiba prefekturasının Yokoşibahikari qəsəbəsində doğulmuşdur. Əsl adı İvasava Yoşikodur. Çiba Prefektural Qız Liseyində təhsil almış və Yaponiya Dəmir Yolu Nazirliyində işləmiş ilk qadın olmuşdur.[1] 1914-cü ildə təhsil almaq üçün Nyu-Yorka getmişdir.[2] Xaricdə təhsil alarkən 1916-cı ildə memar Suqino Şiqeiçi ilə evlənmişdir. Onlar 1920-ci ildə Yaponiyaya qayıtmış və Tokionun Akasaka bölgəsində yaşamağa başlamışdırlar.
Suqino 1926-cı ildə Doreme tikiş məktəbini qurmuşdur. Həmin dövrdə Qərb geyimləri xaricdən gətirilirdi, lakin Suqino yapon qadınlarına öz geyimlərini hazırlamağı öyrətməyə başlamışdır. 1932-ci ildə tikiş məktəbi əsasında Suqino məktəbini qurmuşdur. Şiqeiçi məktəbin müdiri olmuşdur. 1936-cı ilə qədər məktəbin 1200 tələbəsi olmuşdur.[3] Yoşiko tikiş təlimatları da yazmışdır.[4]
1943-cü ildə məktəbin adı Suqino Moda Kolleci olmuşdur, lakin 1945-ci ildə baş vermiş yanğın məktəbi külə çevirmişdir. 1946-cı ildə məktəb yenidən açılmışdır və 1700 qadın məktəb üçün müraciət etmişdir.[5] O, daha sonra məzunlarının filiallar açmasına icazə vermişdir. 1958-ci ildə artıq 700 filial mövcud idi.
İkinci dünya müharibəsindən sonra Suqino bir çox dəfə Fransaya səyahət etmişdir. O, "yüksək moda" dünyasına daxil olmuş, Jak Fat, Pyer Balmen və Kristion Dior şəxslərlə dostlaşmışdır.[2]
1957-ci ildə Suqino Kostyum Muzeyi açılmışdır. Bu, Yaponiyada Qərb geyimlərinə həsr olunmuş ilk muzey olmuşdur. Muzeyin kolleksiyası Suqinonun şəxsi paltar və aksessuar kolleksiyasından ibarətdir.[6] Suqino həmin il "Fəxri Legion" ordeni ilə təltif olunmuşdur.[7]
1965-ci ildə Suqino "Müqəddəs xəzinə" ordeni ilə mükafatlandırılmışdır. 1978-ci ildə "Dəyərli tac" ordeni ilə təltif olunmuşdur.[8] 24 iyul 1978-ci ildə ölmüşdür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.