From Wikipedia, the free encyclopedia
Məsud Qəznəvi (998[1][2], Qəzni – 17 yanvar 1041[3], Hindistan) — Qəznəvilərin üçüncü sultanı.
Məsud Qəznəvi | |
---|---|
مسعود غزنوی | |
Qəznəvilərin üçüncü sultanı | |
Əvvəlki | Məhəmməd Qəznəvi |
Sonrakı | Məhəmməd Qəznəvi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 998[1][2] |
Doğum yeri | Qəznə |
Vəfat tarixi | |
Vəfat yeri | Küri qalası |
Vəfat səbəbi | Sui-qəsd |
Dəfn yeri | Qəznə |
Milliyyəti | Türk |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Sultan Mahmud Qəznəvi |
Anası | Kövsəri Cahan |
Həyat yoldaşı | Şah xatun (Yusif Qadir xanın qızı) |
Uşaqları |
Mövdud Qəznəvi Məcdud Qəznəvi Əli Qəznəvi Fərruxzad Qəznəvi İbrahim Qəznəvi Səid Qəznəvi Hürreyi Xuttali |
Dini | Sünnilik |
Vikianbarda əlaqəli mediafayllar |
Sultan Mahmudun oğlu Məsud (1030-1041) hakimiyyətə gəldi və qardaşı ona müqavimət göstərdi. Məsud əyanlara arxalanaraq qardaşını zərərsizləşdirə bildi. Məsud əyanlardan asılı oldu. Ölkədə rüşvətxorluq baş alıb gedirdi. Xarəzm Qəznəvilərdən ayrıldı. Qəznəvilərdə daxili ziddiyyətlər kəskinləşdi, səlcuqların Qəznəvi dövlətini sıxışdırması da gücləndi. Bütün bunlar dövlətin zəifləyib iflas etməsi ilə nəticələndi. 1040-cı ildə Dəndənəkan döyüşündə səlcuqlar qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Ordu Məsudun məğlubiyyətindən narahat olaraq onu Məhəmməd Qəznəvi ilə dəyişdi. Sultanın qızı Hürreyi Xuttali Məhəmməd Qəznəvinin oğlu Əhməd Qəznəvi ilə evləndirildi. Məsud həbs olunduğu qalada sui-qəsd nəticəsində öldürüldü.[4][5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.