Subekvatorial qurşaqlar
From Wikipedia, the free encyclopedia
Subekvatorial qurşaqlar — Yerin iki coğrafi qurşağı. Şimal və Çənub yarımkürələrində, ekvatorial qurşaqla tropik qurşaqlar arasındadı. İqlimində ekvatorial mussonlar (qışı quraq, yayı rütubətli, temperaturu daim yüksək) üstünlüyə malikdir. Subekvatorial qurşaqlar yayda (müvafiğ yarımkürələrdə) ekvatorial hava kütləsinin, qışda passatların (tropik hava) təsiri altındadır. Orta aylıq temperatur 15—32°S, illik yağıntının miqdarı 250–2000 mm-dir. Yağıntının 90—95%-i yağışlar dövründə (2—10 ay) düşür. Landşaft zonaları (daimi rütubətli meşələr, mövsümi rütubətli meşələr, rütubətli hündürotlu savannalar və savanna meşələri, tipik savannalar, səhralaşmış savannalar və savanna meşələri) meridian istiqamətindədir. Heyvanat aləmi üçün kövşəyən çutdırnaqlılar, yırtıcılar, gəmiriçilər, termitlər, ikiqanadlılar və zərqanadlı cücülər səçiyyəvidir. Subekvatorial qurşaqların okean sularında (səthdə) temperatur ilboyu təqribən 25°S-dir. Duzluluq ekvatora doğru 37%-dək azalır. Subekvatorial qurşaqların landşaftı insanlar tərəfindən çox dəyişdirilmişdir (xüsusilə Cənubi və CənubŞərqi Asiyada). Bir çox tədqiqatçılar müstəqil subekvatorial qurşaqlar ayırmırlar, onların ərazisini ekvatorial qurşaq və tropik qurşaqlarla birlikdə subtropik qurşaqlar arasında bütün zolağı tutan iri tropik qurşağa daxil edirlər.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.