Cəld faktlar Hücum yeri, Vaxt ...
Stoneman Douglas məktəbində atışma
Hücum yeri Stonean Douglas Məktəbi,Parkland,Florida
26°18′19″ şm. e. 80°16′06″ q. u. (atışma)
26°17′23″ şm. e. 80°17′14″ q. u. (tutuldu)
Vaxt 14 Fevral 2018
2:21 (UTC-5)
Silah MP15
Həlak olanlar 17
Yaralılar 17
Terrorçular Nikolas Cruz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Məlumat

ABŞ-nin Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib. Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürüldüyünü təsdiqləyib. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib. Parkland şəhəri Mayamidən 60 km şimalda yerləşir.

Məlumata əsasən, 18 yaşlı gənc məktəbə daxil olaraq şagirdlərə atəş açıb. Onun əvvəllər həmin məktəbdə təhsil aldığı məlum olub. Hücumun əsəb pozuntusu səbəbindən törədildiyi ehtimal edilir.

Məlumata əsasən, məktəbdə atəş açan şəxs yarı-avtomatik tüfəngdən istifadə edib. Yaralıların sayının ən azı 14 nəfər olduğu bildirilir. ABŞ prezidenti Donald Tramp hadisə qurbanlarının ailələrinə başsağlığı verib.[1][2]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.