![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cb/StepanakertCollage.jpg/640px-StepanakertCollage.jpg&w=640&q=50)
Xankəndi
Azərbaycanda respublika tabeli şəhər / From Wikipedia, the free encyclopedia
Xankəndi — Azərbaycan Respublikasında şəhər. 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal ediləndən sonra yaradılan və 2023-cü ildə təkrar Azərbaycanın nəzarətinə keçənə qədər Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı idi.[3] İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir.
Respublika tabeli şəhər | |
Xankəndi | |
---|---|
![]() | |
39°48′55″ şm. e. 46°45′07″ ş. u. | |
Ölkə | |
Region | Qarabağ iqtisadi rayonu |
Tarixi və coğrafiyası | |
Respublika tabeli şəhər statuslu | 1940 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 813 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
![]() | |
![]() |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/36/Ilham_Aliyev_raised_the_National_Flag_of_Azerbaijan_in_Khankendi_city.jpg/640px-Ilham_Aliyev_raised_the_National_Flag_of_Azerbaijan_in_Khankendi_city.jpg)
Sahəsi 8 km²-dir. Paytaxt Bakıdan 329 km uzaqlıqda yerləşir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Xankəndi şəhərinin 53,3 min nəfər, Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi vardır.[4] İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçmiş, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilmişdir.
19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa etmişdir. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilmişdir.[5]
21 dekabr 2023-cü ildə Xankəndidə futbol üzrə Azərbaycan kubokunda turnirin 1/8 final mərhələsində Ağdamın "Qarabağ" klubu MOİK-lə qarşılaşmış və Qarabağ 1:0 hesabı ilə qələbə qazanmışdır.[6]