![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3d/Selidi_pod_shuboi.jpg/640px-Selidi_pod_shuboi.jpg&w=640&q=50)
Sovet mətbəxi
From Wikipedia, the free encyclopedia
Sovet mətbəxi (rus. Советская кухня) — Sovet İttifaqının ümumi mətbəxi, ölkədə yaşayan xalqların milli mətbəxlərinin yeməklərindən ibarətdir. Müxtəlif xalqların SSRİ-yə ənənəvi yaşayış məntəqəsindən kənarda daxili miqrasiyası nəticəsində yaranıb. Bu, Ümumittifaq tikinti layihələri, Sibirin çətin gedilə bilən torpaqlarının inkişafı, Mərkəzi Asiyanın, Uzaq Şərqin xam torpaqları və onların resursları, xalqların deportasiyası ilə bağlı idi. Mətbəx məhdud miqdarda inqrediyentlər və sadələşdirilmiş yemək reseptləri ilə xarakterizə olunur. Bu mətbəxin yeməkləri yalnız evdar qadınlar deyil, həm də bütün ölkə daxilindəki yeməkxanalarda yayılmışdır. Ev yeməklərinin ayrılmaz tərkib hissəsi xüsusilə böyük şəhərlərdə milli yeməklərlə paralel olaraq istifadə edilirdi. Ümumiyyətlə, Sovet mətbəxi Sovet İttifaqının yemək vərdişləri və SSRİ-nin əksər rayonlarında məhsulların çox məhdud olması ilə seçilir. Əskər yeməklər fransız, rus, avstriya-macar və qafqaz mətbəxinin sadələşdirilmiş yeməkləri olub[1].
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3d/Selidi_pod_shuboi.jpg/640px-Selidi_pod_shuboi.jpg)