Sosial Demokrat Hnçak Partiyası
From Wikipedia, the free encyclopedia
Sosial Demokrat Hnçak partiyası (erm. Սոցիալ Դեմոկրատ Հնչակյան Կուսակցություն) – ilk erməni siyasi partiyalarından biridir. Partiya 1887-ci ildə Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları və bir neçə digər tələbələr tərəfindən yaradılıb.
![]() | |
Quruluş tarixi | 1887 |
Baş qərargah | |
İdeologiya | Sosial-demokratiya, Marksizm, Sosializm |
İdeoloji spektr | solçuluq |
Saytı | հնչակ.հայ |
![]() |
1888-ci ildə dərc olunmuş proqramda, üsyanlar kütləvi iğtişaşlar və terror yolu ilə, Türkiyənin şərqində erməni dövlətini qurmaq planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı İmperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstərirdilər. 1903-cü ilin oktyabrın 14 Qnçaq üzvləri Qafqaz canişini knyaz Qolitsinə hücum edir, knyaz ağır yaralansa da sağ qalır, bir gədər sonra isə vəzifəsindən istefa verir. 1904 cü ildə onlar, Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə birgə fəaliyyət göstərirdilər. Osmanlı imperiyasında partiyanın üzvləri Sasun və Zeytun üsyanlarında aktiv iştrak edir. 1915 ci ildə, türk əhalisinə qarşı terror planlayan və həyata keçirən, həmçinin Osmanlı dövlətinin düşmanları ilə əlbir olub ona qarşı vuruşmaqda olan, Qnçaq partiyasının 20 nəfər öndə qələn üzvü İstanbulda asılaraq edam edilir. Birinci dünya müharibəsindən və SSRİ nin qurulmasından sonra, partiya yalnız ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərir. Partiyanın üzvləri 1970 – 80 ci illərdə Livandakı vətəndaş müharibəsində aktiv iştrak edirdilər. Qarabağ müharibəsi zamanı Qnçaq partiyası “Metsn Murad” adlı silahlı dəstə yaradırlar, bu dəstə Qarabağda Azərbaycan silahlı güvvələrinə qarşı döyüşlərdə iştrak edir.
Partiya bəzi yerlərdə Hnçak, Hntçak, Sosial-demokratik hnçaklar kimi də adlandırılır və bu ad partiyanın rəsmi qəzeti olan "Hnçak"dan götürülmüşdür. Sözün mənası "zəng", "çağırış" deməkdir ki, bu da partiya üzvləri tərəfindən "ayağa qalxma, aydınlanma və azadlıq üçün çağırış" mənasında istifadə edilir.
Bu gün partiyanın Ermənistanda, Livanda, Suriyada, Misirdə, Kuveytdə, ABŞda, Fransada, Kiprda, Arqentinada, Uruqvayda və İngiltərədə şöbələri fəaliyyət göstərir.