Solsberi kafedralı
İngiltərə, Viltşirdə kilsə / From Wikipedia, the free encyclopedia
Müqəddəs Bakirə Məryəm kafedralı (ing. Cathedral of the Blessed Virgin Mary) — Viltşir qraflığının cənubundakı Solsberi şəhərində yerləşən anqlikan kilsəsi və eyniadlı yeparxiyanın yepiskop iqamətgahıdır[2]. Kafedral Müqəddəs Bakirə Məryəmin şərəfinə təqdis olunduğu üçün onu həmçinin qeyri-formal olaraq "Məryəm kafedralı" (ing. St. Mary’s Cathedral) da adlandırırlar. Kafedral yeparxiyasının tabeliyində olan torpaq sahəsi Dorset ilə Uayltşirin kifayət qədər geniş ərazisini əhatə edir, kafedrala həmçinin çoxsaylı drenaj və suaşıran sahələr də məxsusdur, prixod mənsublarının ümumi sayı isə 750 000 nəfərə yaxındır[3].
Müqəddəs Məryəm kafedral kilsəsi | |
---|---|
ing. The Cathedral Church of St Mary | |
51°03′54″ şm. e. 1°47′53″ q. u. | |
Ölkə |
İngiltərə Uayltşir (seremonial qraflıq) |
Şəhər | Solsberi |
Yerləşir | Solsberi[1] |
Aidiyyatı | Anqlikan kilsəsi |
Memar | yepiskop Riçard Pur və memar Daremli Elias (Eliaş) |
Sifarişçi | İngiltərə kralı III Henri |
Tikilmə tarixi | 1220-1380 |
Üslubu | ingilis qotikası |
Hündürlüyü | 123 m |
Uzunluğu |
|
Material | Əhəng daşı |
Rəsmi sayt | salisburycathedral.org.uk |
Vikianbarda əlaqəli mediafayllar |
Kafedral çox qısa bir zaman içərisində, daha doğrusu cəmi 38 ilə inşa edildiyi üçün Early English adlanan erkən ingilis qotika üslubunun ən təmiz və zamanla digər üslubların təsirinə uğramayan yeganə dini tikili nümunələrindən biri hesab edilir. Tez bir zaman çərçivəsində inşaat işlərinin tamamlanması üçün həlledici amillərdən birisi, geniş və azad torpaq sahəsinin mövcudluğu və kral III Henrinin külli maliyyə dəstəyi idi.
XIV əsrin başlanğıcında bitkin şəklə salınmış olan kafedral kilsəsinin 123 metr hündürlüyə malik mərkəzi xaçvari zəng qülləsi Böyük Britaniyanın ən hündür kilsə nöqtələrindən biri hesab edilir. Həmin qüllə, sakral tikilini Kenterberi və Linkoln kafedralları, eləcə də Vestminster abbatlığı ilə yanaşı bütövlükdə Orta əsr kilsə inşaatçılığının ən mühüm eksponentlərindən və ingilis qotikasının əsas quruluşlarından birinə çevirir[4][5].