From Wikipedia, the free encyclopedia
Sol qulaqcıq – (lat. Atrium sinistrum) ürəyin ən dal hissəsini işğal[1] edib arxa tərəfdən qida borusuna və öndən aortaya söykənmişdir. Bunun ön hissəsi sol seyvan – (lat. auricula sinistra) arxadan ınə doğru gedərək ağciyər kötüyünü sol tərəfdən əhatə edir. Sol qulaqcığa yuxarı tərəfdən ağciyər venalarının dəlikləri (iki cüt) – (lat. ostia venarum pulmonalis) açılır;
Sol qulaqcıq | |
---|---|
[[File:|frameless|300x300px| ]] | |
Latınca | atrium sinistrum |
Qrey | subyekt 138 528 |
Arteriya | Sol tac arteriyasının dolanan şaxəsi |
Vena | Sol qulaqcığın çəp venası |
Embrional dövrdə ağciyər venası tək olur, bu damar həər ağciyərdən bir şaxə qəbul edir. Bunların da hər biri iki şaxədən təşkil olunur. Sonradan ağciyərin ümumi venası yavaş-yavaş genələrək sol qulaqcığın divarını əmələ gətirir, on görə onun kökləri qulaqcığa yaxınlaşır və nəticədə sol qulaqcığa açılan damarların miqdarı çoxalır (dördə çatır).
aşağı tərəfdə o, sol qulaqcıq-mədəcik dəliyi – (lat. ostium atrioventriculare sinistrum) vasitəsilə sol mədəciklə birləşir. Bu dəlik ovala bənzəyir və sağ tərəfdəkindən dar olur.
Sol qulaqcığın sağ divarında (qulaqcıqlararası arakəsmədə) oval çuxura uyğun nahiyə embrional dövründə büküş şəklində olur və oval dəlik qapaqcığı – (lat. valvula foraminis ovalis) ya arakəsmə orağı – (lat. falx septi) adlanır. Döl anadan olandan sonra sol qulaqcıqda təzyiq artdığı üçün bu qapaqcıq – (lat. limbus fossae ovalis) ilə bitişir və oval dəliyi qapayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.