Proqram təminatı mühəndisliyi
From Wikipedia, the free encyclopedia
Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir [1]
Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir.
Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub.