![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Highways_SK_map_v3.svg/langaz-640px-Highways_SK_map_v3.svg.png&w=640&q=50)
Slovakiya avtomobil yolları
From Wikipedia, the free encyclopedia
Slovakiya avtomobil yolları standart avtomagistrallar (slovak. Diaľnica, uzunluğu — 432 km) və yüksək sürətli məhdud istifadədə olan şoselərdən (slovak. Rýchlostné cesty uzunluğu 288 km) ibarətdir. İdarəedici orqan — Slovakiya Milli Avtomobil yolları və ya NDS şirkəti. Şirkət 2005-ci ildə qurulmuşdur. Slovakiyada ilk müasir formalı yolların inşasına 2 may 1939-cu ildə başlanmışdır. 2008-ci ilə olan məlumata görə ölkədə 43761 km avtomobil yolu vardır. Bunun 432 kilometri avtomagistralların payına düşür. Yüksək sürətli yolların uzunluğu, 288 kilometrdir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/bd/Highways_SK_map_v3.svg/640px-Highways_SK_map_v3.svg.png)