![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/27/Logo_%25C5%25BDeleznice_Slovenskej_republiky.jpg/640px-Logo_%25C5%25BDeleznice_Slovenskej_republiky.jpg&w=640&q=50)
Slovakiya Dəmir Yolları
From Wikipedia, the free encyclopedia
Slovakiya Dəmir Yolları (slovak. Železnice Slovenskej republiky, ŽSR) — Slovakiyada dəmiryol infrastrukturunun idarə olunmasını həyata keçirən dövlət müəsissəsi.
“Slovakiya Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti | |
---|---|
![]() | |
![]() | |
Ölkə: | ![]() |
Tipi: | Qapalı Səhmdar Cəmiyyəti |
Qərargahı: | Bratislava |
Təsis etmə tarixi: | 1993 |
Veb-saytı: | Slovakiya Dəmir Yolları Rəsmi Saytı |
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/94/14-05-06-bratislava-RalfR-04.jpg/640px-14-05-06-bratislava-RalfR-04.jpg)
1993-cü ilin 1 mayında təsis edilmişdir. Ona qədər «Çexslovakiya Dəmir Yolları» dövlət müəssisəsinin balansında olmuşdur (çex. Československé státní drahy). 1996-cı ilədək şirkət ölkədə dəmir yolu nəqliyyatında de-fakto monopoliyaya sahib idi.
2002-ci ildə bu sahə iki hissəyə bölünmüşdür: dəmir yolu infrastrukturu həminatı Slovakiya Dəmir Yolları şirkətində qalmış və nəqliyyat idarəçiliyi isə ""Železničná spoločnosť, a. s."" şirkətinə verilmişdir. 2005-ci ildə yenidən bölünmə həyata keçirilmişdir: «Železničná spoločnosť Slovensko, a. s.» (ZSSK) sərnişin daşıma sahəsində,[1]«Železničná spoločnosť Cargo Slovakia, a. s.» (ZSSK Cargo / ZSCS)[2] isə yük daşıma sahəsində təmərküzləçmişdir.
Slovakiya Dəmir Yollarının rəhbəri şura və baş direktordur.