Slovakiya Cənnəti Milli Parkı
From Wikipedia, the free encyclopedia
Slovakiya Cənnəti Milli Parkı[1] (slovak dili. Národný park Slovenský raj)- Slovakiyanın doqquz milli parkından biridir. Milli Park SLovakiya Cənnəti dağlarının təbiətinin qorunması ilə məşğul olur.
Slovakiya Cənnəti Milli Parkı | |
---|---|
slovak. Národný park Slovenský raj | |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 197,63 km2 ha |
Yaradılma tarixi | 1988 |
Yerləşməsi | |
48°54′30″ şm. e. 20°24′00″ ş. u.HGYO | |
Ölkə | Slovakiya |
npslovenskyraj.sopsr.sk npslovenskyraj.sk |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
21 avqust 1964-cü ildə Slovakiya Cənnəti Milli Parkı yaradılıdı. Bu Milli Park Slovakiyada yaradılan ilk milli parkdır. Ərazi 18 yanvar 1988-ci ildə milli park statusunu alır və 2000-ci ildə burada yerləşən Dobşinskaya mağarası YUNESKO-un ümumdünya mirasına daxil edilir. 2004-cü ildə parkın ayrı-ayrı rayonları Natura 2000 ekoloji şəbəkəsinin bir hissəsi olur.
Coğrafiyası
Milli Park Banska Bistritsa diyarı (Brezno rayonu), Preşov diyarı (Poprad rayonu) və Koşitse diyarı (Roznava və Spiska Nova Ves rayonu) ərazisində yerləşmişdir. Slovakiya Cənnəti Milli Parkı Spiska-Qemerskiy Karst regionun şimalında yerləşmişdir. Bu ərazi qərbdən Aşağı Tatra ilə, cənubdan Rudoqorem dağı ilə və şərqdən, şimal-şərqdən isə Xornadskoy çuxuru ilə həmsərhəddir. Parkın ərazisində bir çox kanyon, vadi, mağara və şəlalə yerləşmişdir. Ən yüksək şəlalə — Zavoyovi (Závojový vodopád) şəlaləsinin hündürlüyü 70 m-dir. Park ərazisinin ən yüksək nöqtəsinin (Predna-Qolya dağı) hündürlüyü dəniz səviyyəsindən 1545 m hündürlükdədir. Başqa yüksək dağ isə Xavranya-Qayadır ki, hündürlüyü 1153 m-dir. Ərazinin ən alçaq nöqtəsi isə dənizz səviyyəsindən 470 m hündürlükdədir.
Slovakiya Cənnəti Milli Parkının ümumi sahəsi 197,63 km² təşkil edir. Parkın ətrafındakı ərazinin sahəsi isə 130,11 km²-dir.²[2]
Flora və fauna
Milli Parkın ərazisinin 90 %-i küknar, tozağacı, ağ şam ağacıyla və şam ağaclarından ibarət olan meşələrlə örtülmüşdür. Parkda təxminən 4000 onurğasız heyvan növü yaşayır, həmçinin kəpənəklərin 2100-dən çox növünə burada rast gəlmək mümkündür. Milli Parkda yaşayan 200 onurğalı heyvan növündən 130-u qorunma altındadır. Məməlilərin 40 növü bu ərazidə yaşayır: ayı, tülkü, canavar, meşə pişiyi, maral, qaban, dələ və s. siyahıya daxildir. Park 65 nadir heyvan növünün yaşayış məskənidir. Bunlara ütəlgi qızılquş, Avropa susamuru və Avropa sünbülqıranı kimi növlər daxildir.
Turizm
Milli Parkın ərazisində 8 qoruq və 11 milli qoruq yerləşmişdir[3]; nərdivanlarla, zəncirlərlə və körpülərlə təchiz edilmiş 300 kilometr piyada cığırı yaradılmışdır. Slovakiya Cənnəti Milli Parkında təxminən 350 mağara yerləşmişdir, amma ziyarət etmək üçün yalnız Dobşinskaya buz mağarası açılmışdır. 1232 m ilə Avropanın ən böyük buz mağaralarından biridir.[4]
Qalereya
- Milli Parkdakı şəlalələrdən biri
- Milli Parkdakı şəlalələrdən biri
- Palsmanka-Maşa su anbarı
- XIII əsr monastrının xarabalıqları
- Dobşinskaya buz mağarası
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.