Sivilizasiyanın beşiyi — bu və ya digər sivilizasiyanın başqa ərazilərdəki digər sivilizasiyalardan asılı olmayaraq yarandığı məkan və mədəniyyətdir. Şəhər tipli yaşayış məskənlərinin formalaşması cəmiyyətin “sivil” kimi səciyyələndirilə bilən ilkin xüsusiyyətidir. Sivilizasiyanın digər xüsusiyyətlərinə oturaq və ya qeyri-köçəri əhali, monumental memarlıq, sosial təbəqələrin və bərabərsizliyin mövcudluğu, ünsiyyət üçün yazı sisteminin yaradılması daxildir. Daha sadə cəmiyyətlərdən sivilizasiyanın mürəkkəb cəmiyyətinə keçid tədricən baş verir.

Thumb
Bərəkətli hilal. Qərb və Yaxın Şərq alimlərinin əksəriyyəti sivilizasiyanın beşiyi haqqında danışarkən məhz buna istinad edirlər.

Alimlər ümumilikdə sivilizasiyanın altı beşiyinin olduğunu qəbul edirlər. Belə ki, Mesopotamiya, Qədim Misir, Qədim HindistanQədim Çinin Köhnə dünyada ən erkən sivilizasiyalar olduğu hesab edilir.[1][2] Yeni dünyada isə sivilizasiyanın beşiyi sahilyanı Perunun Karal-Supe sivilizasiyası və Meksikanın Olmek sivilizasiyasıdır. Sivilizasiyanın bütün beşikləri yaşayış vasitələri baxımından kənd təsərrüfatından asılı olmuşdur (ehtimal ki, əvvəlcə dəniz ehtiyatlarından asılı ola bilən Karal-Supe istisnadır). Onların hamısı mərkəzləşdirilmiş hökuməti, siyasi liderləri, kahinləri və sivilizasiyanın şəhər mərkəzlərinin ictimai məsələlərini dəstəkləmək üçün kənd təsərrüfatı məhsulu istehsal edən fermerlərin (kəndlilərin) fəaliyyətindən asılı olmuşdur.

Nisbətən az formal olaraq, "sivilizasiyanın beşiyi" termini Yunanıstan və ya Roma kimi digər tarixi qədim sivilizasiyalara istinad etmək üçün də istifadə olunur. Lakin, onları "Qərb sivilizasiyasının beşiyi" adlandırmaq daha doğru olardı.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.