Sivə
From Wikipedia, the free encyclopedia
Sivə (ərəb. واحة سيوة, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir.[1][2][3] Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir.[4]
Cəld faktlar Ölkə, Mühafəzə ...
Oazis | |
Sivə | |
---|---|
ərəb. واحة سيوة, bər. ⵉⵙⵉⵡⴰⵏ | |
| |
29°12′ şm. e. 25°32′ ş. u. | |
Ölkə |
![]() |
Mühafəzə | [[Mətruh]] |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları |
Sext-am Səntəriyyə |
Sahəsi | 80 km² |
Mərkəzin hündürlüyü | -19 m |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 32,741 nəfər |
Milli tərkibi | bərbərlər |
Rəsmi dili | ərəb dili |
Digər | |
siwaoasis.com | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Bağla
Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər. Ərazi tarixən Qədim Liviyanın ərazisindədir.