![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/7d/Kodiak.jpg/640px-Kodiak.jpg&w=640&q=50)
Sitkinak adası
From Wikipedia, the free encyclopedia
Sitkinak adası (ing. Sitkinak Island) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasından cənubda yerləşən ada. Kadyak arxipelaqına daxildir.
Sitkinak adası | |
---|---|
ing. Sitkinak Island | |
![]() | |
Ümumi məlumatlar | |
Sahəsi | 235,51 km² |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
56°32′53″ şm. e. 154°09′33″ q. u. | |
Ölkələr | |
Akvatoriya | |
Tuqidak adası ondan qərbdə yerləşir. Bu iki böyük ada, eləcə də bir sıra kiçik adalar birlikdə Triniti adalarını təşkil edir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kodyak-Aylend borosuna aiddir. İlk dəfə 1826-cı ildə rus qütb tədqiqatçısı Sarıçev tərəfindən qeydə alınır. Daha sonra 1827-ci ildə admiral İvan Kruzenştern tərəfindən qeyd edilmiş və nəhayət 1852-ci ildə rus hidroqrafı Tebenkov tərəfindən müasir adla xəritəyə salınmışdır.
Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir. Adanın sahəsi 235,51 km²-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 61 m yüksəklikdədir. Daimi əhali yoxdur[1].