Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. From Wikipedia, the free encyclopedia
Sirr — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri.[1] 2003-cü ildən 2015-ci ilə qədər fəaliyyət göstərib. 3 illik fasilədən sonra 2018-ci ildən fəaliyyətlərini bərpa ediblər. İbrahim Emin tərəfindən yaradılmış 3 qrupdan biri.
Sirr | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub | hevi-metal, blyuz |
Fəaliyyət illəri | 2003–2015; 2018 - günümüzədək |
Ölkə | Azərbaycan |
Şəhər | Sumqayıt |
Heyət |
Oqtay Abdullayev Eldəniz Mirzə Cahangir Ağazadə Elçin Emin |
Keçmiş üzvlər |
İbrahim Emin Anar Əliyev Orxan Culfa Zaur Cavadov |
Qrup 2003-cü ildə Türkiyədən geri dönən İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb.[2] Qrupa ilk qoşulanlar Eldəniz Mirzə, Oqtay Abdullayev və Cahangir Ağayev olub. Oqtay Abdullayev qrupa ilk olaraq zərbçi kimi daxil olsa da daha sonra vokalist kimi çıxış etməyə başlayır. Zərbçi olaraq isə Cahangir Ağayev qrupa daxil olur.
İlk studiya işləri blüz janrında olan "Ömür" mahnısı olub. 2007-ci ildə isə qrupun yeni demo-mahnıları ərsəyə gəldi. 2008-ci ildə qrupun "Yaşamaq gözəldir" mahnısı yazılıb. Daha sonra isə qrupa Anar Əliyev və Orxan Culfa qoşulur. 2012-ci ildə isə "Yoruldum" mahnısı klip ilə birlikdə təqdim olundu.[3]
Sonradan İbrahim Emin səhhəti ilə əlaqədar qrupa başqa basistin dəvət olunmasını məsləhət görür və qrupa Zaur Cavadov qatılır. Bir neçə konsertdən sonra 2014-cü ildə qrupun 8 mahnılıq "Yoruldum" adlı albomu işıq üzü görür.[4] 2015-ci ildə qrup fəaliyyətini dayandırır.[5]
2018-ci ildə qrupun yaradılmasında iştirak edən ilk üzvlər yenidən bir araya gələrək qrupun fəaliyyətə başladığını elan ediblər. 2018-ci ildə İbrahim Eminlə birlikdə son konsertlərini veriblər. 2019-cu ildə isə İbrahim Eminlə birlikdə Yalan mahnsının studiyada yazıblar. Bu da İbrahim Eminin qrupla olan son studiya işidir.
2021-ci ildə qrupun sözləri və musiqisi Elçin Eminə aid olan və İbrahim Eminə həsr edilmiş "Sirli Yuxu" mahnısı təqdim edilir. Akustik formada yazılan mahnını gitarada Şirqasım Canməmmədov, klavyedə Vüsal Mehdizadə, vokalda isə Oqtay Abdullayev ifa edib.[6]
2022-ci ildə qrup yenidən aktiv fəaliyyətini bərpa edir.
Qrup 2022-ci ildə İbrahim Eminin son studiya işi olan "Yalan" mahnısını tamamlayıb, klip ilə birgə təqdim ediblər.[7]
Qrup 2022-ci ildə “Xəzərin Sahilində”, “Bir Sabah” adlı rok festivallarında uğurla çıxış edir. 2023-cü ildə yenidən “Xəzərin sahilində” rok festivalında çıxış edir.
Həmin ilin iyun ayının 18-də qrupun yaradıcısı İbrahim Eminin 60 illiyi yubileyi ilə əlaqədar yubiley konserti verir. Konsertdə alboma daxil olan mahnılarla bərabər yeni mahnılarını da təqdim edir.
Sirr qrupunun son tərkibi belədir:
Daha əvvəl qrupdan ayrılmış üzvlər[8]:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.