Yupik qolundan bir Eskimos xalqı From Wikipedia, the free encyclopedia
Sirenik yupikləri və ya Sirenik eskimosları (öz dilində olan adı: Сиӷы́ныгмы̄́ӷа tək Сиӷы́ныгмы̄́ӷий cəm) — Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində assimilyasiyaya məruz qalmış olaraq yaşayan Yupik qolundan bir Eskimos xalqıdır.
Provideniya rayonunun (ağ rəngli) cənub sahilləri Sirenik yupiklərinin ana vətənidir | |||
Ümumi sayı | |||
---|---|---|---|
Sibir Yupikleri içində assimilyasiya olunmuş | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Sirenik yupikcəsi | |||
Dini | |||
Qohum xalqlar | |||
Sibirya yupikləri |
Sirenik Yupiklərinin dilləri digər Yupik dillərindən diqqətə çarpan şəkildə fərqlidir və bu fərqliliyə əsasında Menovşçikov (Меновщиков) kimi mütəxəssis dilçilər Sirenik Yupikçəsini Yupik dilləri xaricində dutaraq Sirenik Eskimocası adı altında Eskimo dillərinin üçüncü ana qolu olaraq təsnif edər.[1]
Özlərinə məxsus mədəniyyətləri böyük ölçüdə dəyişmişdir. İndiki vaxtda Rusiyada ayrı bir xalq olaraq qəbul edilməyib, Naukan və Sibir (Çaplino) yupikləri ilə birlikdə Asiya eskimosları adı altında xatırlanarlar.
20-ci əsrin başlarında Sirenik yupikləri Çukçi yarımadasının Provideniya (Провидения) ilə Preobrajeniya (Преображения) koyları arasında olan Sirenik və ya Sığınık (Сиӷы́ныӽ), İmtux (Имтух), Kınlığah (Кынлыӷаӽ), Asun (Асун) və Nunalıx (Нуналых) nöqtələrində yaşayırdı.
1895 yılında Sireniki (Sirinek) kəndində 79, İmtux kəndində də 43 danışanı var idi.[2] 20-ci əsrin başlarında Sirenik yupikcəsini danışanlar 1954-ci ildə 130 nəfər ikən 1980-ci illərin başlarında yalnız 30 nəfər tərəfindən danışılırdı. 1988-ci ildə bu sayı 4-ə enmiş, 1997-ci ildə də son nəfər ölüncə də yox olmuşdur.
Anadilləri (Uqeghllistun) Valentina Vıye (Валентина Выйе) adlı son danışanının 1997-ci ildə ölməsiylə yox oldu. Anadillərini unudan Sirenik yupikləri indiki vaxtda Sibir yupikcəsinin Ungazik dialekti ilə və ya Rus dilində danışmaqdadır. Ruscayı indiki vaxtda xüsusilə gənclər seçim edir.
Bütün eskimos xalqları kimi Sirenik yupikləri də ovçu və yığıcıdır. Əvvəllər qayıqlarla balina, morj (айвыӽ), suiti kimi dəniz məməlilərini zıpkın (ипӽыта) ilə ovluyirlər idi.
Keçmişdə KQB tərəfindən edilən çox möhkəm idarələr indiki vaxtda o qədər möhkəm olmasa da Rus sərhəd mühafizə qrupları tərəfindən edilməkdədir və Rusiyadakı eskimosların balina və ya suiti avlaması icazəyə tabedir. Beynəlxalq Balinacılık Şurasını 1998-ci ildə Qrenlandiya balinası ovu üçün razı edə bildilər və ilk il iki dənə tutmağa başladılar.[3]
Sirenik kəndindəki tək kürkü üçün tülkü yetişdirmə cütlüyü 1998-ci ildə qapadılıb. Suiti dərisini işləyən Tabakhane də bağlıdır. Morjlardan sabun edən fabrik də bağlıdır. Buradakı 200 qədər morj dişini işləyəcək avadanlıq yoxdur. Av vəsaitləri məhduddur. 1999-ci ildə ovçular hələ rəsmi olaraq kolhoz üzvü olaraq qeyd və ödənişləri nağd pul kimi deyil nizamsız şəkildə balina əti və ya morj dişi olaraq ödənilir. Bu gün Sirenik (və ya Sireniki) kəndində 600 adam vardır. İşsizlik (gənclərdə % 50), spirt və buna bağlı olaraq da cinayət günki Sirenik yupiklərinin ictimai məsələlərindəndir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.