Siqetkyoz adası
From Wikipedia, the free encyclopedia
Siqetkyoz adası (mac. Szigetköz) — Macarıstanın şimal-qərbində, Kişalfyold ovalığında çay adası[1]. Slovakiya ilə sərhəd boyunca, Slovakiyanın Böyük Jitnı adasının ortası ilə üzbəüz 50 km-dən çox uzanır. O, Dunay və onun sağ sahilindəki Moşoni-Duna (Moşonski Dunay) ilə həmsərhəddi. Ada allüvialdır, Dunay və Rab çaylarının allüviyasından əmələ gəlmişdir. Sahəsi 375 km²-dir[2], Macarıstanın ən böyük adasıdır. İnzibati cəhətdən Dyor-Moson-Sopron qraflığına aiddir. Keçmişdə Macarıstan Krallığının Moson və Dyor qraflıqlarına aid olmuşdur.
Cəld faktlar Ümumi məlumatlar, Sahəsi ...
Siqetkyoz adası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi |
|
Yerləşməsi | |
47°52′25″ şm. e. 17°24′25″ ş. u. | |
Ölkə | Macarıstan |
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Bu ada gəzinti və velosiped sürmək üçün, Moşoni-Duna isə su turizmi (kayak və kanoe) üçün məşhur yerdir.