From Wikipedia, the free encyclopedia
Silahdar Yusif Paşa (d. 1604 - ö. 22 yanvar 1646) — Sultan İbrahim səltənətində müxtəlif vəzifələrdə xidmət göstərən Osmanlı dövlət xadimi.
1604-cü ildə indiki Xorvatiyanın Vrana şəhərində dünyaya gəlmişdir. Ancaq valideynlərinin ölümündən sonra bölgədəki Osmanlı sancaqbəyi tərəfindən dəvşirilərək İstanbula göndərilmişdir. Burada bölük ağası olan erməni Mustafa ağanın xidmətinə verildi. Ancaq sahibinin qətlə yetirilməsinin ardından saraya alınaraq Əndərunda təhsil almağa başladı. Burada adı dəyişdirilərək Yusif oldu. 1643-cü ildə silahdar ağası, ardından vəzir-i sani (ikinci vəzir) dərəcəsi ilə padşah müsahibi oldu. 1644-cü ilin martından kaptan-ı dərya təyin edildi və Krit adasına səfərə göndərildi. Krit sərdarı olaraq səfərə çıxan Yusif Paşa adanın mühüm qalalarından olan Hanya qalasını fəth etdi. Fəthin ardından Sultan İbrahimin azyaşlı qızı Fatma Sultanla nişanlandı. Ancaq getdikcə nüfuzunun artması dövrün sədrəzəmi Sultanzadə Mehmed Paşanı narahat etdi və sədrəzəmin təhrikləriylə Yusif Paşa 22 yanvar 1646-cı ilə edam edildi. Məzarı Səlimiyə yolu üzərində dəfn edilmişdir. Əhməd bəy adlı bir oğlunun olduğu və öz yanına dəfn edildiyi bilinir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.