Sigur Rosİslandiya post-rok qrupudur. Qrupun əsas xüsusiyyəti post-rock janrının ən öncül qruplarından olmasıdır. Qrupun adı vokalist Jon Birgissonun bacısı, qrupun qurulduğu gün anadan olan Sigurros'dan götürülüb. Maraqlıdır ki, qrup üzvlərindən sadəcə Kjartan Sveinsson musiqi təhsili alıb.

Cəld faktlar Əsas məlumatlar, Üslub ...
Sigur Rós
Thumb
Thumb
Əsas məlumatlar
Üslub post-rok
dauntempo
embient
proqressiv rok
drim-pop
şuqeyzinq
Fəaliyyət illəri 1994—h.h.
Ölkə İslandiya İslandiya
Şəhər Reykyavik
Leybl Fat Cat Records
Geffen
EMI
XL Recordings
Smekkleysa
Heyət Jon Birgisson
Youn Tour Birqisson
Georq Houlm
Orri Paudl Dirason
Keçmiş üzvlər Ágúst Ævar Gunnarsson
www.sigur-ros.co.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Albomları

"Von" və "Von brigði"

Qrup ilk albomu olan "Von"u (tərcüməsi: Ümid) 1997-ci ildə yayımladı. Sonrakı il isə onun remiks albomu olan "Von brigði" gəldi.

"Ágætis byrjun"

1999-cu ildə ilk beynəlxalq çıxışı edən qrup iki il ərzində bu albom sayəsində çox məşhur oldu. Albomun adının mənası "Yaxşı Başlanğıc" deməkdir. "Ágætis byrjun" albomundan bir çox film qrupun musiqilərindən istifadə etməyə başladı.

"Rímur"

2001-ci ildə qrup İslandiyalı balıqçı Steindór Andersen ilə Rímur EP'ini yayımladı. EP əsasən musiqili şeir janrında idi.

"()"

Qrupda zərb alətlərində ifa edən Ágúst Ævar Gunnarsson qrupu tərk etdikdən sonra 2004-cü ildə yayımlanan bu () adlı albom da bir çox filmlər üçün saundtrek qaynağı oldu. Qrupun ilk albomu 2004-cü ildə həm də Avropa və Amerikada satılmağa başladı.

Sonrakı albomlar

Qrup hər il məşhurluğunu artıraraq hər dəfə fərqli albomları yayımlamağa davam etdi. Ən son albom olan Valtari 23 may 2012-ci ildə işıq üzü görüb.

Diskoqrafiya

Əlavə məlumat Adı, Tarix ...
Adı Tarix Tərcüməsi Şəkli
Von1997Ümid
Ágætis byrjun1999Yaxşı başlanğıc
()2002()
Takk...2005Təşəkkürlər
Með suð í eyrum við spilum endalaust2008Qulaqlarızdakı uğultu ilə sonsuzadək ifa edirik
Valtari2012Asfaltçəkən maşın
Kveikur 2013
Átta 2023
Bağla

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.