Siçevo dərəsi
From Wikipedia, the free encyclopedia
Siçevo dərəsi (serb. Sićevačka klisura; serb-kiril. Сићевачка клисура) - Serbiyanın cənub-şərqində çay dərəsi. Çay dərəsi həm də arxeoloji qazıntıların aparıldığı bölgə kimi də tanınır. Nişav çayının axdığı bu dərə bölgənin diqqət çəkən geoloji və topoqrafik obyektlərindən biridir. Siçevo dərəsi Bela Palanka və Nişka Banya şəhərləri arasında yerləşir. Niş şəhərindən 14 km şərdədir. Uzunluğu 17 km, dərinliyi 350-500 metra rasında dəyişir. Dərə bəzi yerlərdə kanyon şəkilli olur. Belə kanyonlardan Qradiş kanyonunu misal göstərmək olar.
Siçevo dərəsi | |
---|---|
Dərinliyi | 508 m |
Çay | Nişava çayı |
Yerləşməsi | |
43°19′ şm. e. 22°07′ ş. u. | |
Ölkə | Serbiya |
Vikianbarda əlaqəli mediafayllar |
Siçevo dərəsi Kunovisa yaylasını kəsərək keçir, Svrliq və Suva Planina dağlarının cənub yamaclarından keçir. Dərənin keçdiyi bölgə yüksək məhsuldarlı ilə tanınan üzüm bağları ilə tanınır. Ərazidə daş karxanası və altı kənd yerləşir. Ən böyük kənd - Siçevodur.
Ehtimal olunur ki, bu bölgənin iqlimi neogen epoxasında daha rütubətli olmuşdur. Məhs o üzdən ərazidə çay sistemi və karst prosesi yüksək olmuşdur. Pleystosen epoxasında iqlim kəskin dəyişmiş və temperatur aşağı düşmüşdür. Bölgənin müasir iqlimi mülayim-kontinental iqlimdir. İllik yağıntı miqdarı 551 до 586,8 mm arasında dəyişir.