Sem dayı
From Wikipedia, the free encyclopedia
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Amerikalı rəssamlar, 1830-1861-ci illər arasında, ABŞ-nin simvolu kimi Sem dayının və Conatan Birayderin karikaturalarından istifadə etmişdilər. Karikatur şəkillərinin yayımlanması ilə məşğul olan "Punk" jurnalı hər iki şəxsin xarici görünüşü, vahid şəkildə birləşdirərək, ümumi bir personaj yaratmaq üzərində çalışırdılar. Sem dayı personajına sonuncu dəfə 1870-ci ildə Tomas Nast tərəfindən əlavələr edilmişdir. Birinci dünya müharibəsi illərində Ceyms Montgomeri Flaq tərəfindən 1915-ci ildə çəkilmiş posterdə Sem dayı amerikalı əsgərlərin vətəni qorumağa çağırırdı. Posterin alt hissəsində ingilis dilində (ing. I Want You) cümləsi yazılmışdı. Bununla Sem dayının hər bir amerikalı əsəgərə ehtiyacı olduğu fikri formalaşırdı. Montqomeri Flaq tərəfindən çəkilən posterin böyük uğur əldə etməsindən sonra, həmin poster heç bir əlavə edilmədən İkinci dünya müharibəsi ərəfəsində gəncləri mübarizəyə səsləmişdir.