Seçura
From Wikipedia, the free encyclopedia
Seçura səhrası (Peruan səhrası) — Perunun qərb sahilində, Cənubi Amerikanın şimal-qərbində yerləşən səhra. Səhra And dağları ilə Sakit okean arasında yerləşir. Şimaldan cənuba uzunluğu 150 km, materikin daxilinə doğru isə eni 20–200 km arasında dəyişir. Səhranın sahəsi 188 735 km² təşkil edir. Əsasən qum və daşlıqlardan ibarətdir. Bir növ Atakama səhrasının şimal qutaracağını təşkil edir.
Cəld faktlar Yerləşməsi, Yerləşdiyi yer ...
Seçura | |
---|---|
isp. Desierto de Sechura | |
Yerləşməsi | |
7°45′55″ c. e. 78°43′40″ q. u. | |
Yerləşdiyi yer | Cənubi Amerika |
Ölkə | Peru |
Bağla
Seçura səhrasında dünyanın ən böyük fosforit yataqları vardır. Burada üstəlik nadir element və metallara rast gəlinir. Perunun beş iri şəhərindən ikisi yerləşir:Pyora və Ciklao.