![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/57/Winpdb-1.3.6.png/640px-Winpdb-1.3.6.png&w=640&q=50)
Sazlayıcı
test və digər proqramları sazlama üçün istifadə olunan kompüter proqramı / From Wikipedia, the free encyclopedia
Sazlayıcı – proqramçıya başqa bir proqramı addım-addım çalışdırmağa, verilənlərin dəyişilməsini izləməyə və şərtlərin yerinə yetirilməsini yoxlamağa imkan verməklə onu sazlayan proqramdır.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/57/Winpdb-1.3.6.png/640px-Winpdb-1.3.6.png)
Sazlayıcıların 2 (iki) əsas növü var: maşın səviyyəsində və ilkin mətnlər səviyyəsində işləyənlər.
Maşın səviyyəli sazlayıcılar — faktiki çalışan maşın komandalarını (assembler dilinin komandalarına çevrilmiş) əks etdirirlər və registrlərin və yaddaş oyuqlarının tərkibinə baxmağa imkan verirlər. İlkin mətn səviyyəli sazlayıcılar — proqramçıya orijinal ilkin koda (məsələn, C və ya Pascal dilində) baxmağa, dəyişənlərin və verilənlər strukturlarının adlarına görə onların qiymətlərini yoxlamağa və s. imkan verirlər.