From Wikipedia, the free encyclopedia
Sato Haçiro (サトウハチロー?, 23 may 1903[1], İçiqaya-Yakuojimaçi[d] – 13 noyabr 1973, Tokio) – Yaponiya şairi və mahnı yazarı.[2] Yazıçı Sato Korokunun oğludur.[2]
Sato Haçiro 1903-cü ildə Tokio şəhərində doğulmuşdur.[2] O, gənclik illərində nadinc şagird olmuş, hətta 8 dəfə məktəb dəyişdirmiş, orta məktəbi bitirməkdə 3 dəfə müvəffəqiyyətsiz olmuşdur.[2]
Haçiro 16 yaşında şeirlər yazmağa başlamışdır.[2] 1926-cı ildə "Dırnaq rəngli yağış" ("Tsumeiro no ame") adlı ilk şeirlər kolleksiyası nəşr olunmuşdur.[2] Tokionun Şitamaçi bölgəsində yaşayan aşağı təbəqədən insanlar haqqında yazılar yazması onu şair kimi məşhurlaşdırmışdır.[2] O, populyar mahnılar da yazmağa çalışmış, "Gözəllik mahnısı" (1930, "Reycin no uta") və "Səni çağıranda" (1935, "Anata to yobeba") kimi mahnıların müəllifi olmuşdur.[2] İkinci dünya müharibəsindən sonra yazdığı "Alma mahnısı" ("Rinqo no uta") və "Naqasaki zəngi" ("Naqasaki no kane") mahnıları çox populyar olmuşdur.[2]
"Hanaşi no izumi" (1946–64) adlı NHK radio verilişindən etibarən aktiv televiziya və radio şəxsiyyəti olmuşdur.[2] İkinci dünya müharibəsindən sonrakı poeziya yaradıcılığına "Mən kiçik payız tapdım" (1954, "Çiisay aki mitsuketa") və "Ana" (1961–63, "Okasan") adlı 3 cildlik şeirlər kolleksiyası aiddir.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.