From Wikipedia, the free encyclopedia
Sasaki Soiçi (佐々木 惣一?, 28 mart 1878 – 4 avqust 1965) – Yaponiya hüquqşünası. Konstitusional və inzibati hüquq sahəsindəki fəaliyyətinə görə tanınır.
Sasaki Soiçi | |
---|---|
yap. 佐々木惣一 | |
Doğum tarixi | 28 mart 1878 |
Vəfat tarixi | 4 avqust 1965 (87 yaşında) |
Təhsili | |
Fəaliyyəti | hüquqşünaslıq |
Mükafatları | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Sasaki Soiçi 1878-ci ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur.[1] 1903-cü ildə Kioto Universitetindən məzun olmuş və burada mühazirələr verməyə başlamışdır.[1] 1909-12-ci illərdə Almaniya və Fransada inzibati hüquq üzrə təhsil almışdır.[1] 1913-cü ildə Kioto Universitetində professor olmuşdur.[1] Lakin akademik azadlığın pozulmasına və həmkarı Takikava Yukitokinin universitetdən qovulmasına görə universiteti tərk etmişdir.[1] Daha sonra Ritsumeykan Universitetinin prezidenti seçilmişdir.[1]
İkinci dünya müharibəsindən dərhal sonra Sasaki və Konoe Fumimaro Yaponiya möhürünün qoruyucusu tərəfindən Meyci konstitusiyasına dəyişiklik təklif etməklə vəzifləndirilmişdirlər.[1]
Sasakinin konstitusional və inzibati hüquq haqqında şərhləri xırda məntiq və obyektivliklə xarakterizə olunur.[1] O, 1952-ci ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.[1] Əsas əsərlərinə "Yaponiyanın inzibati hüququ" (1924), "Yaponiya konstitusiyasının mahiyyəti" (1933) və "Yaponiya konstitusiyası" (1949) aiddir.[1][lower-alpha 1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.