Saray hamamı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Saray hamamı — Şirvanşahlar saray kompleksinin ən aşağı həyətinin şərq hissəsində yerləşən hamam. İçərişəhərin bütün hamamları kimi bu hamam da temperatur rejimini sabit saxlamaq üçün yer altında tikilib. Vaxt keçdikcə torpaq qatının qalınlığı artaraq onu tamam örtmüşdür.
Saray hamamı | |
---|---|
40°21′58″ şm. e. 49°50′00″ ş. u.HGYO | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Hamam 1939-cu ildə təsadüfən aşkar olunmuş, 1953-cü ildə bir hissəsi təmizlənmiş, 1961-ci ildə konservasiya edilmişdir. Hamamın indiyə qədər qalmış divarlarına görə demək olar ki, onun otaqlarının üstü gümbəzlə örtülmüşdü. Gümbəzdə olan deşiklərdən hamamın içərisinə işıq düşürmüş. Bu növ hamam sistemi Bakı və Abşeron üçün tipikdir. Hamamın sol hissəsi bərpa olunmuş, sağ hissə isə öz əvvəlki formasını daha çox saxlamışdır.
Hamama daxil olan su, divar yaxınlığında olan ovdandan (su anbarından) qazanxanaya axır, oradan isə tikilmiş xüsusi yollar vasitəsilə otaqlara paylanırdı. Hamamda soyunmaq üçün, tək adamın çimməsi üçün "xəlvəti" adlanan otaqlar da vardır. Divarda otaqlara çəkilmiş borunun ucu tağın içindən görünür.
Hamamın sağ küncündə üstü günbəzli bir böyük və iki kiçik otaq vardır. Kaşı üzlüyə malik bu otaqların şəxsən şaha məxsus olduğu ehtimal olunur.
Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.