Sarı jurnalistika
From Wikipedia, the free encyclopedia
Sarı jurnalistika və ya sarı mətbuat – xəbər dəyəri az və ya heç olmayan mövzuları sansasiyalı və diqqət çəkici şəkildə təqdim edən, tez-tez mübaliğə, qeyri-dəqiqlik və hətta yalan məlumatlar yayan jurnalistika növüdür.[1] Bu cür jurnalistikanın əsas məqsədi oxucu sayını artırmaq və daha çox qəzet satmaqdır.