San-Remo konfransı (1920)
Antanta qüvvələri və ona qoşulan dövlətlərin Birinci Dünya Müharibəsindən sonra 1920-ci il 19-20 apreltarixlərində İtaliyanın San-Remo şəhərində çağırdıqları Ali Məclisin yığıncağı / From Wikipedia, the free encyclopedia
San-Remo konfransı — Antanta dövlətlərin Birinci Dünya müharibəsindən sonra 1920-ci il 19-20 aprel tarixlərində İtaliyanın San-Remo şəhərində çağırdıqları Ali Məclisin yığıncağı.
Konfransda Böyük Britaniyanın Baş naziri Devid Lloyd Corc və A. Balfurun[1] yerini tutan xarici işlər naziri Lord Corc Kerzon, Fransanın Baş naziri Aleksandr Milyeran, İtaliyanın Baş naziri F. Nitti iştirak ediblər. Yaponiyanı səfir K.Matsui təmsil etmişdir. Amerika nümayəndəsi, Romadakı səfiri Conson konfransda müşahidəçi qismində iştirak ediblər. Bu ölkələrin nümayəndələri Yunanıstan və Belçikanın maraqlarına təsir edən məsələlərin müzakirələlərində iştirakçı olublar.
Konfransda keçmiş Osmanlı imperatorluğunun Yaxın Şərqdəki ərazilərinin idarəsini Millətlər Cəmiyyətinin "A" sinif mandatları arasında bölüşdürülməsi müəyyənləşdirildi. Bütün ərazilərin dəqiq sərhədləri qeyri-müəyyən olaraq qaldı. Hesab edilirdi ki, onlar əsas müttəfiq güclər tərəfindən təyin ediləcək və təsdiqlənməsi üçün Millətlər Cəmiyyətinə təqdim edilsə də,[2]lakin sonrakı 4 il ərzində bu gerçəkləşmədi. Konfrans qərarları 1920-ci ildə reallaşdırılmamış Sevr sülh müqaviləsinə daxil edildi (VII hissə, 94-97)[3],lakin Türkiyə bunu rədd etdiyi üçün, nəhayət Millətlər Cəmiyyəti Şurası tərəfindən 1923-cü il Lozanna müqaviləsi qəbul edilənə qədər yalnız 24 iyul 1922-ci ildə təsdiq edildi.[4][5][6]
Əlavə olaraq, konfransda Almaniyanın 1919-cu il Versal sülh müqaviləsinin hərbi maddələrinin yerinə yetirilməsi və Sovet Rusiyasına münasibətdə müttəfiqlərin mövqeyi ilə bağlı məsələlər də müzakirə edildi.