Salvador Dali səhrası
From Wikipedia, the free encyclopedia
Salvador Dali səhrası (isp. Desierto Salvador Dalí), həmcinin Dali vadisi (isp. Valle de Dalí) — Boliviyanın cənub-qərbində, Potosi departamentində yerləşən canlılar aləmi baxımından olduqca kasıb bir vadi. Orta hündürlüyü 4750 metr[2] və sahəsi 110 km² təşkil edir. "Eduardo Avaroa Andı" milli ehtiyat ərazisində yerləşir və baxış anında Salvador Dalinin surreal surətlərinə bənzər peyzajlar ilə xarakterizə olunur.
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Salvador Dali səhrası | |
---|---|
isp. Desierto Salvador Dalí | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 4.570 m[1] |
Sahəsi | 110 km² |
Yerləşməsi | |
22°36′31″ c. e. 67°41′14″ q. u. | |
Yerləşdiyi yer | Cənubi Amerika |
Ölkə | Boliviya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla