Qızılbalıqkimilər
From Wikipedia, the free encyclopedia
Qızılbalıqkimilər (lat. Salmoniformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.
Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Qızılbalıqkimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Klad: Euteleostei Dəstəüstü: Protacanthopterygii Dəstə: Qızılbalıqkimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bağla
Bu dəstə siyənəyəbənzər əcdaddan başlanğıc götürüb. Uzunluğu 2,5 sm-dən 1,5 m-ə qədərdir. Üzgəcləri tikansızdır. Pulcuqları xırda olub bədən üzərində sıx yerləşmişdir. Bunların quyruq gövdəsi üzərində vəzifəsi aydın olmayan kiçik piy üzgəci olur. Yan xətt orqanı bütöv və ya yarımçıqdır. Skeletdə qığırdaq çoxdur. Geniş yayılıb, şimal və cənub yarımkürələrin soyuq və mötədil sularında yaşayırlar. Dəstəni 8-9 dəstəaltına, 20-30 fəsiləyə bölərək təxminən 400 növü olduğunu qeyd edirlər. Xəzərdə qızılbalıqkimilər fəsiləsinin növləri yaşayır.[3]